Bazar ertəsi günü, 11 may 2026
     

Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə təkbətək görüşüb

Image


Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanla təkbətək görüşü olub.

Baki-xeber.com Prezidentin rəsmi saytına istinadən xəbə verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ardınca Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir

Hörmətli qonaqlar

Sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Macarıstan bizim üçün çox yaxın və dost ölkədir. Mən şadam ki, səfər çox uğurla keçir və səfərin nəticələri Macarıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. 2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən biz Sizinlə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışıq. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm olaraq keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcəkdir.

Bu gün biz bir çox məsələlər haqqında fikir mübadiləsi apardıq - siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər Komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Mən şadam ki, keçən il Macarıstanın Azərbaycana ixracı artıb. Bu, gözəl göstəricidir. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR ilə MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq. Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Keçən ayın sonunda Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdir. Həmin toplantı nəticəsində qəbul edilmiş Bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və "Cənub” qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün "Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcəkdir.

Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də Komissiyanın üzvləri fikir mübadiləsi aparmışlar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilmişdir ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edibdir. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var.

Nəqliyyat sahəsində. Mən cənab Baş nazirə məlumat verdim ki, Azərbaycan hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçmişdir. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcəkdir. Turizmdə gözəl imkanlar var. Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar.

Bu gün bir çox konkret layihələr müzakirə edildi. Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forum çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcəkdir. Biz bunu istəyirik. Macarıstan bizim üçün yaxın, dost ölkədir. Bizim cənab Baş nazirlə şəxsi münasibətlərimiz də dostluq münasibətləridir. Cənab Baş nazirin fəaliyyəti Azərbaycanda böyük hörmət və rəğbətlə qarşılanır.

Macarıstan o ölkələrdəndir ki, öz müstəqil siyasətini aparır. Xarici və daxili siyasət ancaq Macarıstan xalqının maraqlarına əsaslanır və ona görə bizim aramızda bu sahədə də oxşarlıq var. Məhz buna görə Macarıstan bütün dünyada və Avropada hökm sürən böhranlardan çox şərəflə çıxmışdır. Məhz buna görə macar xalqı cənab Baş nazirin fəaliyyətini yüksək qiymətləndirir. Əgər hökumət xalqın maraqlarını müdafiə edirsə və öz ölkəsinin inkişafına çalışırsa xalq o hökuməti həmişə dəstəkləyəcək.

Ona görə, cənab Baş nazir, Sizin kimi dost bizim üçün çox əzizdir. Mən çox şadam ki, bu gün siyasi rəhbərliyin iradəsi ilə bizim əlaqələrimiz ən yüksək səviyyədədir. Əminəm ki, bu səfər də bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir.

Hörmətli cənab Baş nazir, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha salamlayıram, bir daha "Xoş gəlmisiniz!” deyirəm.

Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatı

- Hörmətli cənab Prezident

Hörmətli xanımlar və cənablar

Macarıstanda belə bir atalar sözü var: "Bəzən insan öz arxasında böyük bir meşəni görmür”. Bu, bir daha onu göstərir ki, insanlar bəzən təfərrüatları itirir və qlobal şəkildə düşünmürlər. Mən xoşbəxt insanam. Mən 1990-cı ildən bəri Macarıstan parlamentinin üzvüyəm. Mənim belə bir şansım var idi ki, öz arxamdakı meşəni görüm. Mən 1990-1991-ci illərdə, sonrakı illərdə Azərbaycandakı vəziyyəti bilirdim. Mən yenidən Sizin ölkənizə səfər edərkən gördüm ki, hərtərəfli inkişaf təmin edilir. Tarixi kitablarda bu haqda nə vaxtsa yazsalar, bu dövrü məhz xüsusi inkişaf dövrü kimi təsvir edəcəklər. Çünki Azərbaycan demək olar ki, çıxılmaz bir vəziyyətdən inkişaf etməyə başladı. Hətta deyərdim ki, bütün dünyada hamı buna qısqanclıqla yanaşırdı. Buna görə sizinlə təmasları qurduğumuz zaman Sizə hörmət və ehtiramımızı bildirdik ki, son 20 ildən artıq müddət ərzində bu cür nəticələr əldə edilibdir.

Təbii ki, bu nailiyyətlər üçün çox vaxt tələb olunur. Bu uğurlarda xalqın dəstəyi və digər amillər mühüm rol oynayır. Lakin bu halda təbii ki, liderlərə böyük ehtiyac duyulur. Həmin liderlər ölkəni xüsusi bir yolla irəliyə doğru aparırlar. Biz bunu gizlətmirik və cənab Prezident Əliyevin səylərini, fəaliyyətini çox yüksək dəyərləndiririk. Çünki biz görürük ki, nəhəng inkişaf templəri var və bu, Azərbaycanın, ümumiyyətlə, Azərbaycanda rəhbər şəxslərin, xalqın böyük səyləri nəticəsində baş verir. Lakin dünyada uğurları hər zaman belə asancasına etiraf etmirlər. Burada bir çox səbəblər ola bilər. Yorulmaz fəaliyyət və uğur özünü gec və ya tez büruzə verir. Mən bunu Azərbaycanda görürəm. Son 2-3 il ərzində Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə artmışdır. Bu gün Avropa İttifaqına gəldikdə, biz həmin perspektivdən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin etmiş ölkəni görürük. Bu da Şərq ilə Qərb arasında uzunmüddətli əməkdaşlığa verdiyiniz töhfənizlə bağlıdır. Biz elə bir ölkə görürük ki, onun çox zəngin milli mənəvi ənənələri var. Bununla belə, bu ölkə, eyni zamanda, Avropa dəyərlərinin xüsusi elementlərini də nəzərdən keçirir. Bu, əvəzedilməz bir zənginlikdir. Məhz bu səbəblərə görə son 2-3 il ərzində ölkənizin nüfuzu artıb.

Biz bu gün neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bəzi iqtisadi çətinlikləri də müşahidə edirik. Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr, həmçinin digər yeni imkanları da açır. Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasətə gəldikdə, bu siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil. Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz vardır ki, biz ondan öz əməkdaşlığımızda istifadə edə bilərik.

Cənab Prezident, Siz kənd təsərrüfatı, informasiya texnologiyaları, xidmətlər sahələrini və enerji sahəsini artıq vurğuladınız. Zənnimcə, Azərbaycan elə bir ölkədir ki, bu dövrdən hətta daha güclü mövqe ilə çıxacaq. Yəni, daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq. Tələbələriniz ölkəmizdə təhsil almaqla biz bu münasibətləri daha da gücləndirəcəyik. Mən buraya bu fikirlərimi bildirmək üçün gəlmişəm.

Qeyd etmək istəyirəm ki, bizim sonuncu görüşümüzdən sonra ölkələrimiz arasında əməkdaşlıq daha da fəallaşıb. Bu, bir daha onu göstərir ki, biz gərək hər il yüksək səviyyədə görüşləri təşkil edək və bununla həm humanitar, həm iqtisadi sahələrin inkişafına təkan verək. Biz Macarıstana - öz ölkəmizə xalqlarımız arasında dostluğun gücləndirilməsi, iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin daha da möhkəmləndirilməsi ümidi ilə qayıdacağıq. Biz istərdik ki, Macarıstan ilə Azərbaycan arasında olan münasibətlər xalqlarımızın mənafelərinə xidmət etsin.

Cənab Prezident, bu səfərə dəvətə görə minnətdaram. Çox şadam ki, ölkənizə səfər edirəm. Sağ olun.





















VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

11.05.2026 / 09:31
AFP: “Nərgiz Məhəmmədi zaminə buraxılıb”

11.05.2026 / 09:13
Netanyahu: “Müctəba Xameneyi sağdır, amma atasının gücünə əsla sahib deyil”

11.05.2026 / 08:53
Tramp İranın ABŞ-ın sülh planına cavabını rədd etdi

10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı – cavab verəcəyik...

10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…

10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir - Tramp belə deyir…

10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı

10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi - izahat verməlidirlər...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ