Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Macarıstanın Baş naziri Viktor Orbanın və xanımı Aniko Levainin şərəfinə nahar verilib. Baki-xeber.com bu barədə Azərbaycan Prezidentinin rəsmi İnternet səhifəsinə istinadən xəbər verir.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orbanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.