Bağdadın cənubundakı Hill şəhərinin yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, nəticədə 29 nəfər həlak olub, 47 nəfər yaralanıb. Partlayışı intihatçı-bombaçı törədib. Yerli xəstəxananın həkimi yaralılardan 11 nəfərinin vəziyyətini ağır qiymətləndirib. "Reuters” partladılan avtomobilin yanacaq dolu avtosistern olduğunu xəbər verir.
Qeyd edək ki, bu, terrorçuların Hilldə törətdiyi ilk terakt deyil. 2014-cü ilin martında buradakı nəzarət-buraxılış məntəqəsində intiharçının özünü partlatması nəticəsində 50 nəfərdən çox insan həyatını itirmiş, 150 nəfərdən çoxu isə yaralanmışdı.