İran məhkəməsi neft maqnatə Babək Zəncani haqqında edam hökmü verib. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, biznesmen korrupsiyada günahlandırılır.
İran məhkəməsinin nümayəndəsiQulam Hüseyn Mohsini Eceinin "Reuters”ə verdiyi məlumata görə, Zəncani ilə əlbir olduğu güman edilən daha iki nəfər haqqında analoji hökm çıxarılıb. Xəbərə görə, məhkəmə onları "korrupsiyanı yer üzünə yaymaqda” təqsirli bilərək barələrində ən ağır hökm qərarı verib. Bundan əlavə, çıxan hökmə görə, onlar İran Milli Neft Şirkətindən mənimsədikləri məbləği də qaytarmaq məsuliyyəti daşıyırlar. Zəncani və digərləri hökmdən şikayət verə bilər.
Qeyd edək ki, Zəncani bundan öncə 2013-cü ilin dekabrında məsuliyyətə əlb olunub. O zaman 12 deputat biznesmenin maliyyə fəaliyyətinin təftiş olunması çağırışı ilə çıxış etmişdi.