HDP həmsədri Səlahəddin Demirtaş Diyarbəirdə etdiyi çıxışda geriyə addım atdıqlarını ifadə edən açıqlama verib. Baki-xeber.com-un haber7-yə istinadən xəbərinə görə, o bildirib ki, küçəyə çıxma qadağası qaldırılarsa, bir daha xəndək qazmayacaq, barrikadalar qurmayacaqlar.
Demirtaşın bu açıqlamasının Surda küncə səxışdırılan PKK-lıları qurtarmaq məqsədi daşıdığı bildirilir. Xəbərdə o da bildirilir ki, daha öncə Diyarbəkirdə insanları küçələrə çıxmağa çağırmaqla 2 nəfərin ölümünə səbəb olan Demirtaş yenidən insanları küçəyə çıxaraq Sura doğru yürüş etməyə səsləyib.