Cümə axşamı günü, 05 noyabr 2026
     

Hacı İbrahim “Kazino olsa, ölkəyə milyardlar gətirərəm” dedi

Image


 "Avesta Koncern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda kazinoların yaradılması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib. 

İ.Nehrəmli Publika.az-a açıqlamasında deyib ki, millət vəkilinin bu təklifi çox ağılı və ölkə iqtisadiyyatı üçün faydalıdır: "Bu çox ağıllı təklifdir. Mən bir iş adamı kimi hər zaman bu təklifi dəstəkləmişəm. Çünki Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. Onlar bununla məşğuliyyət tapırlar və kazino klublarda oturub istirahət edirlər. Mən bunu neçə illərdir ki, müşahidə edirəm. Misal üçün, imkanlı şəxslər xaricə gedəndə özləri ilə 5-10 min dollar pul götürüb kazinoya gedirlər. Əslində onlar kazinolara uduzmaq üçün deyil, istirahət etmək və dincəlmək üçün gedirlər. Kazino da istirahət etmək üçün bir mədəni klubdur. Bu adamlar da xaricə gedən zaman həmin mədəni klublarda oturub ilk növbədə qəhvə, meyvə şirəsi və ya içki sifariş edir. Nəzərində tutur ki, 100 dollar pulu var və onu kazinoda oynayacaq. Kazinoda oyun oyna-oynaya həm də istirahət edir. İstirahəti yüksək olduğu üçün də bu adamlar həmin yerlərdən xoş təəssüratla ayrılır və daha sonra da həmin yerə gəlməyi düşünürlər. Kazino imkanlı adamlar üçün mədəni istirahət deməkdir. Kazinonu qumar və 100 min dollar pul uduzmaq kimi düşünmək doğru deyil. Mən özüm də bir neçə dəfə Karlovı Varı, Sloveniya və digər yerlərdə kazinolarda olmuşam. Həmin vaxtı kazinoda gedib oturub qəhvə içib söhbət etmişəm, oynamışam, dincəlmişəm. Uduzan və udan vaxtlarım da olub. Bu o demək deyil ki, biz qumar oynamışıq. Kazinoda adam çox yaxşı dincəlir. Hörmətli millət vəkili Qüdrət Həsənquliyev də məsələ qaldırıb ki, Azərbaycanda xarici turistlər üçün kazinoya icazə verilsin. Bu çox ağıllı təklifdir. Mən Qüdrət müəllimin bu təklifini dəstəkləyirəm və ona dərin təşəkkürümü bildirirəm. Çünki Qüdrət Həsənquliyev Azərbaycan iqtisadiyyatının indiki vəziyyətini nəzərə alıb bu təkliflə çıxış edir”.

İş adamı qeyd edib ki, Azərbaycanın yaxın qonşusu olan Gürcüstanda kazinolar fəaliyyət göstərir və bundan hər il dövlət büdcəsinə milyonlarla vəsait daxil olur: "Bu gün Gürcüstanda, türk Kiprində və digər ölkələrdə kazinolar fəaliyyət göstərir. Hansı ölkədə kazinolar varsa, o ölkələrə turist daha çox gəlir. Bundan da qazanan həmin ölkələrin iqtisadiyyatları olur. Fikir verin, Gürcüstanın nə iqtisadiyyatı var idi ki, bu gün bu ölkə turizmdən Azərbaycandan da çox gəlir əldə edir? Hər il Gürcüstana 7 milyon, Azərbaycana isə cəmi 1 milyon turist gəlir. Bütün bunların əsas səbəbi Gürcüstanda kazinoların fəaliyyət göstərməsidir. Mən Bakıda elə imkanlı adamlar tanıyıram ki, kazino olduğu üçün həftənin 4 gününü Gürcüstanda, 3 gününü isə Azərbaycanda keçirir. Hər dəfə də Gürcüstana gedəndə də xeyli miqdarda pul xərcləyir. Xərclədiyi pulların daha çoxu kazinolarda olur. Bu gün reallıq budur. Bu baxımdan da Qüdrət Həsənquliyev çox yaxşı təklif edib ki, Azərbaycan vətəndaşları üçün deyil, xarici turistlər üçün kazinolara icazə verilsin. Bununla da Azərbaycana gələn turistlərin sayı dəfələrlə artacaq”.

İ.Nehrəmli bildirib ki, Azərbaycanda kazinolar üçün ən əlverişli yerlərdən biri özünün müəllifi olduğu "Xəzər adaları” şəhərciyidir: "Mən bu şəhərin inşasına başlayanda da əsas məqsədim o olub ki, Azərbaycana gələn turistlərin sayı artsın. Bunun üçün də turizm mərkəzləri açmaq lazımdır. Turizmdən ən çox gəliri varlı turistlərin hesabına əldə etmək olur. Varlı turistlərin də ən sevdiyi məşğuliyyət kazinolardır. Əgər icazə verilərsə, mən "Xəzər adaları”nda dünya turistlərinin böyük marağına səbəb olacaq kazino aça bilərəm. Bu gün Çin vətəndaşı olan investorum var. Bu adamın əsas istəyi odur ki, "Xəzər adaları”nda kazino açılmasına icazə verilsin. Bunun qarşılığında isə həmin çinli iş adamı "Xəzər adaları”na 3 milyard dollar investisiya vəsaiti qoymaq və tez bir zamanda bu şəhəri bitirmək istəyir. Çinli iş adamı ilə dəfələrlə söhbətimiz olub və hər zamanı da bildirib ki, o kazinolar olmayan ölkəyə pul qoymaq istəmir. Əgər "Xəzər adaları”nda kazino açılmasına icazə verilərsə, o zaman Azərbaycana gələn turistlərin sayı dəfələrlə artacaq və ölkəyə milyardlarla vəsait daxil olacaq. Eyni zamanda "Xəzər adaları”nın inşası xarici turistlər üçün nəzərdə tutulan kazinolara icazədən asılıdır”.

Xatırladaq ki, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Milli Məclisdə müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zamanı təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın: "Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir. Kazinolar ölkə vətəndaşları üçün qadağan edilsə də, ancaq turistlər üçün açıqdır. Qardaş Türkiyədə də bu təcrübə var və ölkə xeyli gəlir götürür. Düşünürəm ki, Azərbaycanın da ayrı-ayrı turizm bölgələrində bunu həyata keçirmək olar. Yəni, Azərbaycan vətəndaşları üçün kazinolar qadağan, əcnəbilər üçünsə açıq olarsa, bundan ölkə büdcəsi də xeyli qazanc əldə edə bilər”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ