PKK terrorçu qruplaşmasının Suriyadakı qolu olan PYD "Suriyada Kürdüstan demokratik Partiyası”nın və Kürd Milli Şurasının üzvü Abdurrahman Abunu oğurlayıb. Bu barədə baki-xeber.com-a Anadolu Agentliyindən bəlli olub.
Yerli mənbələrdən alınan xəbərə görə, siyasətçi özünün Afrindəki evindən öğurlanaraq naməlum istiqamətə aparılıb. Xəbərdə o da qeyd olunur ki. bu artıq üçüncü dəfədir Abu terrorçular tərəfindən oğurlanır. Bu oğurlanmalara səbəb isə kürd siyasətçinin yeniyetmə və gənclərin PYD sıralarına cəlb edilməsinə qarşı çıxış etməsi, həmçinin idarə və müəssisələrdə terrorçu təşkilat üçün məcburi şəkildə pul toplanmasına etiraz etməsi olub