Fransada iki məktəbli qız cihadda iştirak etmək məqsədilə liseydən qaçıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, hazırda polis Yaxın Şərq regionuna yollandıqları ehtimal olunan qızların axtarışına başlayıb.
Xəbərə görə, bu barədə Jandarmeriyanın "Twitter” səhifəsində xəbər verilib və informasiyası olanlardan yardım istənilib. "Radikalların təsiri altına düşmüş iki eniyetmə qız axtarılır. Onlar Yuxarı Savoyyadan qaçıblar və ölkəni tərk etmək istədikləri ehtimal olunur. Eyni zamanda onların saxta kimlikdən istifadə edəcəyi güman olunur” – deyə məlumatda deyilir. Fransanın hüquq-mühafizə orqanlarından TASS-a bildirilib ki, yeniyetmə qızların Fransanı tərk edərək Suriyaya gedəcəklərinə dair əsaslı şübhələr var.
Qeyd edək ki, itdiyi bildirilən qızlardan Luiza Bunşad 16, İzrel Abu Seri Mohammed isə 15 yaşındadır. Onlar oxuduqları liseyi ötən cümə günü – 4 mart tarixində tərk ediblər.
Ümumiyyətlə isə maraqlıdır ki, Fransa ölkəni bu məqsədlə tərk edən insanların sayına görə Qərbi Avropa ölkələri arasında birinci yerdədir. Bildirilir ki, buradan terrorçuların nəzarətində olan ərazilərə artıq 500 nəfərdən çox adam keçib. O üzdən Fransa hökuməti artıq məhdudlaşdırıcı addımlara əl atmalı olub. Belə ki, ailələrə, uşaqlarında belə bir meyl hiss edərlərsə, dərhal polisə məlumat vermələri barədə müraciət olunub və bu məqsəd üçün "qaynar xətt” yaradılıb.