BMT-nin Suriyadakı xüsusi elçisi Staffan de Mistura Suriya hökumətilə müxalifət arasında Suriya danışıqlarının martın 10-da Cenevrədə başlaya biləcəyini deyib.
Baki-xeber.com-un kommersanta istinadən xəbərinə görə, diplomat "Al Hayat” qəzetinə açıqlamasında bildirib ki, öncə hazırlıq iclası keçiriləcək, ardınca isə tərəflərlə ayrı-ayrılıqda məsələnin dərinliyinə varılacaq.
Onun sözlərinə görə, "danışıqların gündəliyi BMT TŞ-nin 2254 saylı rezolyusiyasına uyğun olacaq”. "İlkin mərhələdə biz yeni hökumətin yaradılmasını müzakirə edəcəyik. İkinci mərhələ yeni konstitusiyanın qəbulu, üçüncü mərhələ isə 18 ay müddətində parlament və prezident seçkilərinin keçirilməsi müzakirələrini əhatə edəcək” – Mistura bildirib.
Daha öncə xəbər verilmişdi ki, yenilənmiş Suriya danışıqları logistik məsələlər üzündən martın 7-dən 9-na keçirilib.