İraqda Mosul şəhərinin azad olunması üçün əməliyyata başlanıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, belə bir bəyanatla ABŞ prezidentinin "İslam dövləti” terroçu təşkilatı ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk "Alsumaria” telekanalında çıxış edib.
Bağdadda olan diplomat bildirib ki, əməliyyat Mosul və Rakka şəhərlərindəki orduların əsas təchizat yolundan start götürüb. O deyib ki, bu çətin bir əməliyyat olsa da, hərəkət planı dəqiq hazırlanıb.
İraq baş naziri Haydar al-Abadi isə sözügedən əməliyyatda ölkənin silahlı qüvvələrinin bütün növləri iştirak edəcək. Eyni zamanda, ordu xalq könüllü dəstələrindən və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava qüvvələrindən də dəstək alacaq.