Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsinin A. Çovdarovun həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.
Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilərək barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.