"15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corcia ştatının nümayəndələr palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa bir qətnamə qəbul edilib”.
Bunu baki-xeber.com-a ABŞ-ın Corcia ştatının nümayəndələr palatasının qondarma Dağlıq Qarabağı tanıması barəsində qəbul etdiyi qətnamə ilə əlaqədar XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev bildirib ki, Amerika Birləşmiş Ştatlarının qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir.