Şimali oreya lideri Kim Çen İn təcili nüvə silahı hazırlanmasına dair göstəriş verib. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, KXDR lideri ölkəsinin hərbi strategiyasına yenidən baxılacağını və preventiv zərbələr endirməyə hazır olacağını bəyan edib.
Məsələyə Pentaqonun reaksiyası özünü çox gözlətməyib. "Biz KXDR-i provoativ addımlardan çəkinməyə və beynəlxalq hüquq çərçivəsində üzərinə düşəni yerinə yetirməyə çağırırıq” – Pentaqon nümayəndəsi Bill Urban bəyan edib.
Xatırladaq ki, 2 mart tarixində BMT Təhlükəsizlik Şurası XDR-ə qarşı "son 20 ilin ən sərt” sanksiyalar paketini yekdilliklə qəbul edib. Yeni sanksiyalar mütləq şəkildə ölkəyə girən-çıxan bütün təyinatlı yüklərin yoxlanması, ölkəyə silah satışına qadağa kimi məhdudiyyətləri nəzərdə tutur. Eyni zamanda, "qanunsuz fəaliyyətə təhrik edilmiş” diplomatların ölkədən xaric olunması da sanksiyalar sırasındadır, BMT TŞ-dan bildirilib.
Onu da xatırladaq ki, cari ilin yanvar ayında Şimali Koreya hidrogen bombasının uğurla sınaqdan keçirildiyini bəyan etmiş, bununla belə, suverenliyinə toxunulmayacağı təqdirdə nüvə silahından istifadə etməyəcəyəni bildirmişdi. Bundan bir ay sonra isə KXDR özünün "Kwangmyongsong 4” peykinin Yer kürəsini nəzarətdə saxlamaq üçün uğurla səmaya göndərdiyini açıqladı. Raketin göndərilməsinə, demək olar, bütün ölkələr sərt təpki verdi.ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer isə Vaşinqtonun "TŞ-nin Şimali Koreyaya qarşı nəzərdə tutduğu ciddi tədbirlərə” dəstək verəcəyini bəyan etdi.