Mardinin Nusaybin rayonunda PKK terrorçuları Bölgə Yol Polisi Şöbəsinə və ona bitişik binaya minalanmış avtomobil, raketvuran və uzun lüləli tüfənglərlə hücum təşkil edib. Baki-xeber.com bu barədə haber7 saytına istinadən xəbnər verir.
Xəbərə görə, səhər saat 06:00-da edilən hücuma polisin qarşılıq verməsi nəticəsində atışma başlayıb. Nəticədə 2 polis şəhid olub, 14 nəfər isə yaralanıb. Hələlik şəhid düşən poislərin kimliyi açıqlanmır. Eyni zamanda bildirilir ki, uzun sürən atışmanın ardından yanğın çıxıb.
Qarşı tərəfin itkiləri barədə hər hansı informasiya yoxdur.