Rusiya XİN ABŞ-ın anti-Rusiya sanksiyaların müddətini uzatmasını şərh edib. Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, Moskva Vaşinqtonu "ikitərəfli münasibətlərin karkasının metodiki şəkildə laxladılmasından” çəkinməyə çağırıb , əks təqdirdə konkret ölçülərin götürüləcəyini bildirib.
Rusiya XİN sanksiyaların müddətinin uzadılmasından təəssüfünü bildirərək deyib ki, Moskva cavab tədbirləri görülməsi haqqını özündə saxlayır. XİN-dən o da bildirilib ki, "sanksiyaların uzadılması Kiyevin Minsk razılaşmasına əməl etməməsi səbəbindən Ukrayna böhrannının həllinə heç bir təsir göstərmir”. XİN onu da xatırladır ki, "qlobal və regional təhlükəsizlik” Moskva ilə Vaşinqton arasında dialoq atmosferindən birbaşa asılıdır. "İkitərəfli münasibətləri laxladarkən ABŞ nəzərə almalıdır ki, bununla beynəlxalq problemlərin həllinə birgə təsir göstərmək fürsətini qaçırır. Halbuki, onlar məhz bu məsələ üçün davamlı olaraq bizə müraciət edirlər”- müraciətdə vurğulanır.