Almaniyanın maliyyə naziri Volfqanq Şoybl Avropa ittifaqı ölkələrini "Putinin provokasiyalarına uymamağa” çağırıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə RNS telekanalı çıxış edib.
"Putin Avropanı zəiflətməyə çalışır və bu səbəbdən bizi ayırmaqla özümüzü ayrı ölkə kimi qəbul etməyimizə çalışır. Biz onun çaldığına oynamamalıyıq” – deyə Şoybl Londona səfəri zamanı bildirib. Onun fikrincə, Avropa ölkələrinin demokratik və sosial prinsipləri Putini qorxutduğundan, onda Avropa ölkələrini bir-birindən ayırmaq arzusu baş qaldırır.
Xatırladaq ki, daha öncə Almaniyanın maliyyə naziri stimullaşdırıcı tədbirlər səbəbindən iqtisadiyyatın "zombiləşdirildiyini” bəyan etmişdi.