ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın panarmenian.net saytı xəbər yayıb.
Xəbərə görə, Amerikanın Erməni Milli Komitəsi (ANSA) bununla bağlı bəyan edib ki, Nümayəndələr Palatası H.R 1580 saylı rezolyusiya qəbul edib. Xəbərdə o da bildirilir ki, rezolyusiya Nümayəndələr Palatası üzvləri, demokratlar Pat Qardner və Demetrius Duqlas tərəfindən xüsusilə dəstəklənib.
Xatırladaq ki, daha öncə də ABŞ-ın bir sıra ermənipərəst ştatları belə bir təşəbbüslə çıxış etmişdi. O zaman Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə dərhal reaksiya verərək, ayrı-ayrı ştatların qəbul etdiyi qərarların Amerika federativ dövlətinin xarici siyasət kursuna aidiyyəti olmadığını, ümumiyyətlə belə qərarların hüquqi qüvvəsinin olmadığını bildirmişdi.
Hələlik, Azərbaycanın xarii siyasət idarəsi son durumla bağlı açıqlama verməyib.