Həbsdə olan jurnalist Rauf Mirqədirovun səhhətində ciddi problemlər yaranıb. Trend-in məlumatına görə, bu barədə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, R.Mirqədirovun beyin qan dövranı pozulub: "Bundan başqa, onun görmə qabiliyyəti zəifləyib, yüksək qan təzyiqi var. Bununla bağlı vəsatət qaldırdım. Rauf Mirqədirov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü və orada müayinə olundu. Amma təkid etsək də, onun maqnit-rezonans tomoqrafiya müayinəsi keçirilmədi".
F.Ağayev deyib ki, R.Mirqədirov hazırda həkim nəzarətində saxlanılır, müayinələrdən və saxlanma şəraitindən şikayəti yoxdur.