ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaların müddətinin bir il də uzadılmasını nəzərdə tutan sənəd imzalayıb. Baki-xeber.com bu barədə RBK-ya istinadən xəbər verir.
Xəbərə görə, Ağ Evin yaydığı fərman Rusiyaya qarşı "Ukraynada demokratik proseslərin önünü kəsmə, ölkənin suveren hüquqlarına müdaxilə və ölkənin ərazi bütövlüyünün pozulması” səbəblərilə sanksiyaların müddətinin daha bir il uzadılmasını nəzərdə tutur. Sənəddə bildirilir ki, bu situasiya "ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə ekstraordinar hədə” törədir.
Sənəddə sözügedən fərmanın imzalanma səbəbləri sırasında Krımın Rusiyaya birləşdirilməsi də yer alır.