Özbəkistanın hüquq-mühafizə orqanları Moskvada baxıcılığını etmiş uşağı qətlə yetirən bu ölkənin vətəndaşə Gülçöhrə Bobokulovanın oğlunu həbs edib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, bu barədə xəbəri "gazeta.ru” saytına onun atası Bahreddin Turayev verib. Bildirib ki, nəvəsi Rahmatillo da Moskvada olub və ötən ilin noyabrında Özbəkistana qayıdıb. Bobokulovanın atası onu da bildirib ki, qızının birinci nikahından üç övladı olub. Həkimin şizofreniya diaqnozu qoymasından sonra yalnız böyük oğlu onunla qalıb, digər ikisi atları ilə qalır.
Həbsin səbəbi açıqlanmır.