Dünən Rus kinosunun görkəmli simalarından olan Natalya Kraçkovskaya Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Bu barədə baki-xeber.com-a RBK-dan bəlli olub.
77 yaşlı aktrisanın ürək xəstəsi olduğu deyilir.
1938-ci ilin 24 noyabrında Moskvada doğulan Natalya Kraçkovskaya aktrisalıq karyerası boyu 100-dən artıq filmə çəkilib ki, "12 stul”, "Pokrovsk darvazaları”, "Kapustino bulvarındakı adam” onlardan ən yaddaqalanlarıdır.