Ötən gecə Bakının Qaradağ rayonunda vətəndaşa məxsus "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Baki-xeber.com-un Fövqəladə hallar nazirliyindən əldə etdiyi xəbərə görə, vaxtında müdaxilə nəticəsində yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub, insan tələfatı yoxdur.
Daha bir yanğın hadisəsi Tovuz şəhərində beşmərtəbəli binanın 5-ci mərtəbəsində baş verib. Vətəndaşa məxsus, ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 10 kv.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya qaldırılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, tələfat yoxdur.