HDP həmsədri Səlahəddin Demirtaşın terror təşkilatı PKK-ya istiqamətli əməliyyatların sürdüyü Sur mahalına gediş çağırışı şəhərdə narahatlığa yol açıb.
Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, PKK-li terroristlərin hücumları nəticəsində evlərini tərk etmək zorunda qalan, köçə məcbur edilən və böyük zərər yaşayan vətəndaşlar çağırışın təxribata çevrilməsindən və yenə HDP-nin çağırışı ilə 6-7 oktyabr 2014-cü ildə baş verən, 31 adamın həyatını itirdiyi hadisələrin bənzərinin yaşanmasından narahatlıq duyur. Bu səbəbdən şəhərdə təxribat ehtimalına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib. Bu məqsədlə əyalətə gələnlər kimlik kontrolundan keçirilir.
Xatirladaq ki, Diyarbakır Prokurorluğunda daha öncə Sur mahalındakı Dəclə - Fərat İncəsənət Mədəniyyət Dərnəyində təşkil etdiyi mətbuat konfransında etdiyi çıxışla bağlı Demirtaş haqqında istintaq başladılıb. Demirtaş haqqında, millət vəkili olduğu üçün, Konstitusiyanın 83. maddəsinə uyğun olaraq "istintaq icazəsi verilməsi" və "qanunvericilik dokunulmazlığının qaldırılması" tələbi ilə Ədliyyə Nazirliyinə sorğu göndərildiyi bildirilir.