Tuzla Piyada Məktəbinin yanındakı balıqçı köşəsinin olduğu yerdə dənizə düşən avtomobildən 1 nəfərin meyiti çıxarılıb. Avtomobildə olan digər 3 nəfərin isə ətrafdakı vətəndaşlar tərəfindən qurtarıldığı bildirilir. Bu barədə baki-xeber.com haber7 saytından xəbər əldə edib.
İddiaya görə, sahildə spirt alan 4 adamın içində olduğu avtomobil saat 20.30 radələrində hələlik bilinməyən səbəbdən dənizə düşüb. Hadisəni görən vətəndaşların xəbər verməsilə bölgəyə polis, təcili yardım və xilasetmə qrupu gəlib. Bu sırada vətəndaşların xilas etdiyı 3 nəfər xəstəxanaya qaldırılıb. Dənizə düşən avtomobili tapmaq üçün 2 dalğıc axtarışa başlayıb. Üç saatlıq axtarışdan sonra avtomobil suyun 6 metr dərinliyində təsbit edilərək xüsusi vasitələrlə çıxarılıb. Ölən şəxsin meyiti isə morqa qaldırılıb. Hələlik onların kimliyi açıqlanmır.