ABŞ və və onun Şimali Atlantika Alyansı üzrə müttəfiqləri hər ehtimala qarşı Avropada Rusiya ilə müharibə hazırlıqları görür. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə NATO Birləşmiş silahlı qüvvələrinin baş komandanı Filip Bridlav bəyan edib.
Xəbərə görə, general deyib ki, alyans üzvü ölkələr bu məqsədlə silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Generalın sözlərinə görə, bu hazırlıq Amerikanın təşəbbüsü ilə onun Avropada hərbi kontingentinin və silahlanmanın artırılması istiqamətində gedir. Bridlav deyib ki, hazırkı dönəmdə Avropa "iki tərəfdən” təhdid olunur: Şərqdən Aİ-ni "Rusiya aqressiyası”, Cənubdan isə İŞİD təhlükəsi hədələyir. Üstəlik, onun sözlərinə görə, Moskvanın Suriya münaqişəsinə qarışması oradakı böhran vziyyətini daha da dərinləşdirib, çünki Moskva, terrora qarşı vuruşmaqdan çox Bəşər Əsədi müdafiə edir.
Xatırladaq ki, "The Daily Telegraph” 9 fevral tarixli sayında NATO-nun Baltikyanı ölkələrə mümkün aqressiyası barədə yazı dərc etmişdi. Yazıda Alyansın Rusiyanın bu ölkələrə qarşı "hibrid müharibə” başlaya biləcəyindən narahatlıq ifadə olunurdu. Bu səbəbdən də əlavə qüvvələrin Baltik ölkələri, Polşa, Rumıniya və Bolqarıstanda əlavə qüvvələrin yerləşdirilməsi planlaşdırılır. Bu qüvvələrin özəyini isə mobil PVO-larla təchiz olunmuş ABŞ, Britaniya və Almaniyadan hərbi qulluqçular təşkil edəcək. Rusiya XİN-in nümayəndəsi Andrey Kelin isə bildirib ki, ölkəsi ABŞ-ın Avropada hərbi mövcudluğunu artırmasina adekvat cavab verəcək. Lakin ABŞ-ın bu istiqamətdə nəhəg məbləğ sərf etdiyini deyən Kelin ölkəsinin buna simmetrik cavab verə biləcəyinə əminsizliyini də gizlətməyib.