Ötən gecə Moskvada yağan güclü qar aeroportların işini iflic edib. Bu barədə baki-xeber.com Rusiya mətbuatına istinadən bildirir.
Xəbərə görə, Domodedovo və Şeremetyevo aeroprtlarında 100 reys təxirə salınıb, 70 reys isə gözləmə vəziyyətindədir. 2 marta keçən gecə yağan qarın aylıq normanın yarısını təşkil etdiyi bildirilir. Bundan əlavə, axşama güclü duman gözlənir.