Keçmiş FTB zabiti Edvard Snoudenin yeni açıqlaması ABŞ-ın gündəmini qarışdırıb.
Baki-xeber.com-un xəbərinə görə, Snouden 2011-ci ildə Pakistanda öldürülən bir nömrəli terrorist Üsamə bin Ladenin əslində ölmədiyini və Baham adalarında yaşamaqla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyini iddia edib. Sosial şəbəkələrdə yer alan bu xəbərin ərəbcədən tərcümə olunduğu bildirilir.
Xəbərə görə, Snouden SİA-ya açıqlamasında bildirib ki, Bin Ladenin sağ olması ilə bağlı əlində faktlar var. Hətta o bildirib ki, Bin Laden ayda MKİ-dən 100 min dollar maaş alır və Baham adalarındakı evində 5 arvadı, çox sayda uşaqları ilə birgə yaşayır.
Xəbər ABŞ gündəminə bomba kimi düşüb.