Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma "məhkəmə"nin "hökmü" ilə ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov əfv üçün müraciət hüququndan istifadə etməyib. APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan bildirib.
Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.