Rusiya Federasyasında Azərbaycanın ilk turoperatoru fəaliyyətə başlayıb.
Baki-xeber.com bu barədə məlumatı "Vestnik Kavkaza” saytından əldə edib. Sayt yazır ki, artıq bu ölkə vətəndaşları üçün Azərbaycanda dincəlmək xeyli rahat başa gələcək. Beləliklə, "Tour a vent” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi olub.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə qalmaqalı səbəbindən iki ölkə arasında, bütün istiqamətlərdə olduğu kimi, turizm sahəsində də əlaqələr sıfır həddinə gəlib. Moskvada yaşayan soydaşlarımız bildirir ki, əvəzində Moskva ətrafında torpaq sahələrinin qiyməti kəskin bahalaşıb, çünki münasib qiymətə kurort tapa biləcəyinə ümid etməyən paytaxt sakinləri bağ sahələri almağa qərar verib. Bu halda Azərbaycanın təklif etdiyi turpaketlət qiymət cəhətdən münasib olarsa, ölkəmizin Rusiya vətəndaşları üçün əsas istirahət məkanı olma şansı artır.