"İslam dövləti” terrorçu təşkilatının Bağdad yaxınlığında törətdiyi ikiqat terakt nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb, 100 nəfər isə yaralanıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Sky News” telekanalı xəbər yayıb.
Xəbərə görə, Bağdadın şiə məhəlləsi olan Mədinət-əs-Sədrdə 28 fevral günü dalbadal iki partlayış baş verib. Yerli hüquq-mühafizə orqanlarından verilən informasiyada bildirilir ki, terrorçular partlayıcını motosiklə yerləşdirərək mobil telefon bazarında kütlənin içinə sürüblər. Digər məlumata görə, bombanı partladan intiharçı olub.
Partlayışa görə məsuliyyəti İŞİD üzvləri öz üzərinə götürüb.