Böyük Britaniyanın baş naziri Devid Kameron ölkəsinin bir sıra təhlükələrdən dolayı Avropa ittifaqının tərkibində qalmasının vacibliyindən danışıb ki, bu təhlükələrdən birinin isə Rusiya olduğunu bildirib.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, baş nazir deyib ki, Aİ-dən ayrılarsa, Britaniyanı bir çox təhlükələr gözləyə bilər ki, bunlardan ən önəmliləri İranın nüvə proqramı və "Rusiya aqressiyası”dır. "The Daily Telegraph2-da çıxan məqaləsində baş nazir Britaniyanın Aİ tərkibində qalmasının bir sıra səbəblərini sadalayaraq yazır ki, bu sırada ilk yerlərdə ölkəsinin daxildə üzləşdiyi təhlükələr və "Rusiyanın Ukraynadakı aqressiyası” gəlir.
"Dünyadakı rolumuzla bağlı bir suala aydınlıq gətirilməlidir: Aİ tərkibində qalmaqla Britaniyanın problemləri həll etmək şansı nə qədərdir? Əlbəttə ki, biz güclü dövlətik. İqtisadiyyatımıza görə dünyada beşinci yerdəyik. Güclü ordumuz var. Lakin hazırda son zamanlar bizə təhlükə yaradan nəsnələr üzərində düşünməliyik: İranın nüvə proqramı, Rusiyanın Ukraynadakı aqressiyası, miqrasiya böhranı, islami ekstremizm və terrorizm” – deyə ameron yazır. Onun sözlərinə görə, bütün sadalananların həlli üçün Avropa ölkələri bir yerdə olmalıdır. Onun fikrincə, məhz Aİ tərkibində olduğuna görə Britaniya Avropaya bu təhlükələrə cavab verməkdə kömək etdi və Britaniya Aİ-ni tərk edərsə, problemlər olduğu kimi qalacaq.
"Bu o demək deyil ki, biz NATO-ya üzv ola və ABŞ-la əməkdaşlıq edə bilmərik, lakin bir sıra səbəblər var ki, bu səbəblər üzündən dostlarımız bizim Aİ-də qalmağımızı istəyir” – deyən baş nazir bildirib ki, Britaniyanın mövcudluğu Aİ-ni gücləndirir. Onun sözlərinə görə, indiki vəziyyətdə Böyük Britaniyanın Avroa İttifaqından ayrılması "əsrin avantürası” olar.