Moskvada 2015-ci ilin 27 fevral tarixində Kremlin yaxınlığında Moskva çayı üzərindəki körpüdə qətlə yetirilən Boris Nemtsovun xatirəsinə nümayiş keçirilib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, nümayişdə on minə yaxın adam iştirak edib. Müxalifət liderlərinin də iştirak tdiyi nümayişdə "Putinsiz Rusiya”, "Unutmayacağıq, əfv etmə” kimi şüarlar qaldırılıb.
Nümayişin sonunda aksiya iştirakçıları qətlin törədildiyi yerə gül dəstələri düzüb, şam yandırıblar.