Ötən gün Bakının Bakıxanov qəsəbəsində oğurluq hadisəsi baş verib.
Baki-xeber.com-a hadisə şahidlərinin verdiyi məlumata görə, ev sahibinin evdə olmamağından istifadə edən şəxs və ya şəxslər giriş qapısının kilidini qıraraq mənzilə daxil olub. Lakin xoşbəxtlikdən evin xanımı qızıllarını ağlagəlməz yerdə gizlətdiyindən, evi ələk-vələk eləsələr də, tapa bilməyiblər. Yalnız ev sahibinin azyaşlı qızının qızıl zinət əşyalarını aparıblar.
Faktla bağlı araşdırma aparılır.