"Sədərək” Ticarət Mərkəzində mağaza işlədən 1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.
"Report”un xəbərinə görə,M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.
Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsində (PB) araşdırma aparılır.