Xocalı soyqırımının 24-cü ildönümü, dünyanın bir çox şəhərlərində olduğu kimi, Brüssüldə də qeyd olunub. Baki-xeber.com-un xəbərinə görə, keçmiş millət vəkili Baba Tağıyevin təşkilatçılığı ilə baş tutan tədbirdə erməni vandalizminə "yox” deyilib, Azərbaycanın haqq işi uğrunda savaş apardığı bir daha dünyanın diqqətinə çatdırılıb.
Anım mərasimində Brusseldə yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, yerli fəallar da iştirak edib.