"Ən-Nüsra Cəbhə”si terror təşkilatının lideri Əbu-Muhammed əl-Culani öz döyüşçülərini və Əsədin digər tərəfdarlarını atəşkəsə əməl etməməyə çağırıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən məlumatına görə, bu barədə Yahoo! News xəbər verib.
"Qərbin və Amerikanın bu tələsinə uymayın”- deyə atəşkəs razılığının qüvvəyə minməsinə bir neçə saat qalmış verdiyi bəyanatda əl-Culani bildirib. O əlavə edib ki, bununla onlar yenidən "rejimin pressinqi altına düşmək” risqinə gedə bilərlər.yə risq edə bilərlər.
Xatırladaq ki, atəşkəs razılaşması 27 fevral tarixində saat 00:00-da qüvvəyə minir.