Cümə axşamı günü, 05 noyabr 2026
     

Dünya bir gün Xocalı harayı ilə yaşadı…

Image


Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciəyə münasibətdə ədalətin bərqərar edilməsini tələb etmək məqsədilə fevralın 25-də ABŞ Konqresində xüsusi tədbir təşkil edilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakə səfirliyindən məlumat verilib.

Bu qanlı qətliamın 24-cü ildönümündə baş tutmuş və Xocalıya Ədalət kampaniyasına dəstək verən tədbirdə ABŞ Konqresmenləri və Konqresin əməkdaşları, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Vorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimi Çikaqo Amerika-Azərbaycan Cəmiyyətinin (Azerbaijani Center of Midwest America) prezidenti Mehriban Məmmədova açaraq, Xocalı qətliamının Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən bəhs etmiş və xalqımızın bu qətliamın qurbanlarına ədalət tələb etdiyini bildirib.

Növbəti olaraq çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqlara Xocalı qətliamının doğurduğu faciəvi nəticələri barədə danışmış və eyni zamanda bildirib ki, bu ağır qətliamın yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin nə qədər vacib olduğunu bir daha xatırladır. Səfir üzləşdiyi bütün acılara və haqsızlıqlara baxmayaraq, Azərbaycanın gələcəyə baxdığını vurğulamış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həllinin uzaq olmadığına ümid etdiyini söyləyib.

Tədbirdə çıxış etmiş ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Steve Cohen, Nümayəndələr Palatasının Avropa və Avrisiya üzrə alt-komitəsinin sədri Dana Rohrabacher, konqresmenlər Henry Cuellar və Donald Payne öz nitqlərində ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini qeyd etmiş və ABŞ tərəfindən bu münaqişənin nizamlanması üçün daha fəal səylərin göstərilməsinin vacibliyini bəyan ediblər.

Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu göstərərək, Xocalı qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntüyə səbəb olduğunu ifadə ediblər. Onlar bu faciənin yad edilməsini mühüm saymış və bununla yanaşı münaqişə tərəflərini sülhə səsləyiblər. Konqres üzvləri bundan əlavə ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini qeyd edib və ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsindən yana danışıblar.

Nəhayət mərasim iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.


Kaliforniyada Xocalı qətliamına dair video-süjet

Kaliforniyanın Silikon Vadisində Xocalı qətliamına dair video-süjet nümayiş olunur. ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin (AAMC) təşəbbüsü ilə yerli ictimai televiziya kanalında Xocalı qətliamına dair video-süjetin uzunmüddətli nümayişinə başlanılıb.

AAMC-dən Trend-ə verilən məlumata görə, nümayişdə Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə lentə alınmış video-müsahibə tamaşaçılara təqdim olunmaqdadır. Qeyd edək ki, bu video-müsahibə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə hazırlanıb.

AAMC-nin nümayəndəsi və Azərbaycan icmasının fəallarından Zərifə Musayeva TREND-ə bildirib ki, video-müsahibə 22 fevral tarixindən göstərilməkdədir. O, qeyd edib ki, sözügedən müsahibəni "MidPen” Media Mərkəzinə məxsus ictimai televiziya kanalı nümayiş etdirməkdədir. Z.Musayeva nümayişin 5 mart tarixinə qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, regional əsasda fəaliyət göstərən "MidPen” kanalı Kaliforniyanın şimalında yerləşən Aterton, Şərqi Palo Alto, Menlo Park və Palo Alto şəhərlərinə yayım həyata keçirməkdə və 150 minə yaxın fəal tamaşaçı kütləsinə xidmət etməkdədir. Sözügedən şəhərlər Silikon Vadisi adı ilə tanınan və nüfuzlu global texnologiya müəssisələrinin fəaliyyət göstərdiyi ərazi vahidinə daxildir.


Yunanıstanda

Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən anım gecəsi təşkil edilib.

Anım gecəsində Yunanıstanın Afinadakı "Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinomatoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı "Endless Corridor” ("Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və "Khojaly Witness of a war crime – Armenia in the Dock” ("Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

Filmin baxışından sonra, Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər – tarzən Kamal Nuriyev, xanəndə Mirələm Mirələmov və kamança ifaçısı Oqtay Şirinovdan ibarət muğam üçlüyü Bayatı-Şiraz, Qarabağ –Şikəstəsi muğamlarından ibarət kompozisiya ifa etmiş, Laçın haqqında mahnı səsləndirilib.

Yunanıstana səfər çərçivəsində gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün "Milli musiqi alətlərimiz” mövzusunda ustad dərsləri keçib, milli musiqimiz,muğamlarımız haqqında geniş məlumat veriblər.


Xarkovda

Xarkov şəhərində Xocalı qurbanlarının anım gecəsi keçirilib. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov Palas mehmanxanasının konfrans salonunda Xocalı soyqrımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimində Xarkov Vilayət admnistrasiyasinın nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım siyasətini tarixi faktlarla mərasim iştirakçilarının diqqətinə çatdıran Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov,24 il bundan öncə erməni silahli birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqrım siyasətindən bəhs edib.

Dünya birliyinin və beynəlxalq təşkilatların idiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən fəxri konsul, son illər Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Sonra tədbirə qatılanlar Heydər Əliyev fondu tərəfindən hazırlanmış və Xarkovdakı fəxri konsulluğumuz tərəfindən Ukrayna dilinə tərcümə olunmuş Qarabağ həqiqətləri filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.

Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko, belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıb.

Tədbirdə dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyən Xarkov Şərqşünaslıq İnsititunun direktoru Tatyana Karpo, Ukraynanın taninmiş jurnalisti Darya Radçenko və digər şəxslər Xocalını yerlə yeksan edən erməni canilərinin ən ağır cəzaya məhkum olmalarının zəruriliyini bildiriblər.

Anım mərasiminin sonunda Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.


Dnepropetrovskda

Fevralın 24-də Ukraynanın Dnepropetrovsk şəhərində "Menora” biznes-mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr edilən anım gecəsi keçirilib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan- Ukrayna Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, deputatlar, tarixçilər, şəhər meriyası və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Ukrayna Gənclər İttifaqının rəhbəri Zəminə Bayramova 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş qətliamdan bəhs edib və bildirib ki, Xocalı soyqırımı XX əsrdə ən qəddarlıqla törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Təşkilat sədri bu qətliamın soyqırım aktı kimi tanınmasına nail olmağın qarşıda duran əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Tədbirdə tarixi həqiqətləri bilməyin vacib olduğu qeyd edilib.


Vyanada

Vyanada Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib. Avstriyanın paytaxtı Vyanada Vyana Texniki Universitetində "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib. "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi (Bakı) və "Avstriya Akademiklər İttifaqının (Vyana) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın Laypsiq Universitetinin doktorantı Şamxal Əbilov çıxış edib.

Ş.Əbilov Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın etnik tərkibinin dəyişdirilməsindən, çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və SSRİ dövrlərində Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş qərarlar və hüquqi aktlar barəsində danışıb. "Xocalı faciəsi”nin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı mahiyyətində olduğunu qeyd edən Ş.Əbilov bir çox mənbələrdə, eləcə də, erməni mənbələrində Xocalı soyqırımını təsdiqləyən faktları sadalayıb.

Almaniyanın Flensburq Universitetinin doktorantı Famil Qurbanov isə "Dağlıq Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüquqları arasında ziddiyyət” mövzusunda məruzə ilə çıxış edib. O, hər iki hüquqi anlayışın formalaşması, onların təsbit olunduğu beynəlxalq sənədlərdə tətbiqi barədə danışıb. F.Qurbanov eyni zamanda, dünyada qəbul olunmuş konvensiyalar və ümumbəşəri qanunlarda "Xocalı faciəsi” kimi soyqırımların yolverilməz olduğu göstərilsə də, bu hadisəyə dünya miqyasında layiqli şəkildə qiymət verilməməsini də təəssüflə qeyd edib.

Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sofiyada

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı soyqırımının qurbanları anılıb. Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, fevralın 25-də Dünya Ticarət Mərkəzləri Birliyinin (World Trade Centers Association) şəbəkəsinə daxil olan Sofiya şəhərində yerləşən "INTERPED-WTC” Mərkəzində Azərbaycan səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bolqarıstanın dövlət qurumları, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, "Azərbaycanın Dostları" Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri, Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr, Bolqarıstan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Xanım S.Şıqayeva Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbiri açıq elan edərək, faciə ilə bağlı qısa məlumat vermiş, tədbir iştirakçılarını Xocalı soyqırımında qətlə yetirilmış insanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına dəvət etmişdir.

Sonra çıxış edən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımının 24-cü ildönümünə atdığımız addım ərəfəsində, silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının vacibliyinin aktuallıq qazandığına diqqət yetirmişdir. Silahlı münaqişə zamanı bir çox halda beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına beynəlxalq ictimaiyyət tərəfindən lazımlı diqqət və münasibət göstərilməməsinə diqqət yetirən səfir cəzasız qalan cinayətlərin sülh və barışığa nail olunmasına ciddi maneə olduğunu qeyd etdi. Bunun bariz nümunəsinin Xocalı soyqırımı olduğunu bildirən səfir N.Qurbanova 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklərdən söz açaraq, günahsız, dinc əhaliyə qarşı erməni qüvvələri tərəfindən həyata keçirilən bu soyqırım aktının Ermənistan-Azərbaycan münaqişəsinin gedişatında Azərbaycanda mülki əhaliyə qarşı törədilən ən böyük qətl hadisəsi olduğunu qeyd etdi.

Səfir BMT-nin Təhlükəsizlik Şurasının 1993-ci ildə qəbul olunmuş qətnamələrində Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çox sayda mülki şəxslərin yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğuna toxundu.

Səfir davam etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi, müstəqil mənbələrdən alınan məlumatlara istinad edərək və 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı erməni döyüşçülərinin şəhəri atəşə tutarkən Azərbaycan mənşəli yüzlərlə mülki şəxsin qaçmaq istədiyi halda onların öldürüldüyü, yaralandığı və ya girov götürüldüyü sübuta yetirilərək, Xocalıda törədilən vəhşilikləri "müharibə cinayətləri və ya insanlığa qarşı yönəlmiş cinayətlərə bərabər tutulan ağır akt” kimi müəyyən etmişdir.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin səbəb və nəticələri, həmçinin Xocalı faciəsi ilə bağlı bütün mövcud faktların qiymətləndirilməsinin Azərbaycanın bu şəhərində baş vermiş soyqırımın təsadüfi addım deyil, Ermənistanın qərəzli və sistemli siyasəti nəticəsində baş verdiyinin təmamilə aydın göstərdiyini söyləyən səfir N.Qurbanova Xocalıda dinc sakinlərin onların məhz Azərbaycanlı olduqları üçün kütləvi şəkildə qətlə yetirildiyini bildirdi.

Ən ağır cinayətlərin törədildiyi zaman, cəzasızlığa son qoymaq üçün daha qətiyyətli tədbirlərin tələb olunduğunu söyləyən N.Qurbanova cinayətkarların hələ də cəzasız qalmasının Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün ciddi maneə yaratdığını bildirdi. Səfir N.Qurbanova beynəlxalq ictimaiyyətin münaqişə zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlərin cəzasız qalmasına son qoyulmasında daha fəal rol oynamasının vacibliyinə toxunaraq, cinayətkarların cəzalandırılmasının davamlı sülhün təmin edilməsi üçün vacib şərt olduğunu tədbir içtirakçılarının diqqətinə çatdırdı.

Bununla yanaşı, səfir son illərdə Xocalı soyqırımı ilə bağlı dəhşətli həqiqətləri Azərbaycanın səyi, xarici tərəfdaşlarımızın dəstəyi ilə dünyaya çatdırıldığını vurğulayaraq, faciəyə real qiymət verilməsinə nail olunduğunu söylədi. N.Qurbanova bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin may ayından başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniya çərçivəsində görülən işlərin əhəmiyyətini xüsusilə qeyd etdi və kampaniya nəticəsində 10 ölkənin parlamenti və ABŞ-ın 20 ştatının Xocalı hadisələrini soyqırım aktı kimi tanıdığını söylədi.

Sonra çıxış edən ”Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, 2003-2008-ci illərdə Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev Bakıda çalışdığı müddətdə Xocalı şahidlərinin xatirələrini eşitdiyini söyləyərək, Xocalı soyqırımının 20-ci əsrin yaxın tarixinin ən qanlı səhifəsi olduğunu bildirdi. Bununla birlikdə soyqırımın lazımi qiymət almadığının qeyd edən İ.Palçev beynəlxalq təşkilatları bu məsələyə diqqət yetirməyə çağırdı.

”Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Sofiya Universitetinin Geologiya-Coğrafiya fakültəsinin professoru, 1970-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutundan məzun olmuş Georgi Georgiyev öz çıxışında Bakı şəhərinin hər zaman beynəlmiləl şəhər olduğuna diqqət yetirərək, Azərbaycanlıların qonaqpərvərliyindən söz acdı. Bununla yanaşı, ermənilərin məkrli planlarından danışan professor beynəlxalq güclərin təhriki və yardımı ilə Azərbaycanlıların belə bir ağır mənzərə ilə üzləşdiyini qeyd etdi. Azərbaycanın apardığı düzgün siyasət və güclü iqtisadiyyatı sayəsində münaqişənin öz ədalətli həllinə nail olacağına ümid etdiyini bildirən G.Georgiyev bu yolda bütün mütərəqqipərvər qüvvələrin güclərinin birləşdirilməsinin vacibliyini qeyd etdi.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ”Xocalı soyqırımı” adlı sənədli filmi nümayiş etdirildi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ