Ötən hün dünyasını dəyişən Azərbayca və Dağıstan respublikalarının Xalq artisti İlhamə Quliyevanın özündən sonra qalan mirasını Azərbaycan ordusuna vəsiyyət etdiyi xəbəri yayılıb.
Bu barədə tele aparıcı Elgiz Əkbər özünün instaqram səhifəsində yazıb. E.Əkbər bildirib ki, mərhum sənətçi bütün varidatının pul şəklində Azərbaycan əsgərinə xərclənməsini istəyib. Əgər həqiqətdirsə, alqışlanası və örnək götürüləsi bir addımdır.
Allah rəhmət eləsin.