Yerli mənbələrdən alınan xəbərlərə görə, İŞİD terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG ilə şiddətli toqquşmanın ardından Hasekenin Şəddadı kəndindən geri çəkilib.
Baki-xeber.com haber7-yə istinadən xəbər verir ki, İŞİD-in kəndi tərk etməsilə YPG kəndə girib və əhali Deyrüz-Zora köç edib.
Digər tərəfdən Rusiya HKQ-nin İŞİD-in olduğu Hanasıra diyarını bombalaması nəticəsində terrorçular ərazini tərk edib. Xəbərdə o da bildirilir ki, İŞİD-in bu diyarı ələ keçirməsilə Əsəd güclərinin Hələb və ətrafı ilə tək əlaqə yolu kəsilmişdi.