İngiltərənin "Daily Telegraph” qəzeti İraqın Başika bölgəsində mindən çox Türk əsgərinin İŞİD terror təşkilatına qarşı gizli bir quru əməliyyatı apardığını yazıb.
Baki-xeber.com-un haber7-yə istinadən xəbərinə görə, ingilis qəzeti mənbə olaraq peşmərgə komandanı Bəhram Yasini göstərir. Xəbərdə bildirilir ki, Bəhram Yasin İraqın Mosul şəhərinin 20 kilometrliyindəki Basika ətrafında Türk tankları və M60T-lərinin olduğunu bildirib. Qəzetin yazdığına görə, Yasin "ABŞ daha artığını etsəydi Türkiyənin müdaxiləsinə gərək qalmazdı” deyib. Yasindən əlavə bəzi şahidlər də Türk tanklarının sözügedən ərazidə olduğunu bildirib. Peşmərgə komandanlığından Ceber Yavər isə Basikada 2 minə yaxın türk əsgərinin dislokasiya olunduğunu bildirib. Əsgərlərin Bağdadla anlaşma nəticəsində Basikaya göndərildiyini deyən Yavər onu da bildirib ki, türk əsgərlərilə aralarında heç bir əlaqə yoxdur.
Xəbərdə o da bildirilir ki, Ankara türk əsgərlərinin təlim keçmək məqsədilə bölgəyə göndərildiyini açıqlayıb, Bağdad isə güclərin dərhal geri çəkilməsini tələb edib.
Digər tərəfdən Vaşinqton Atlantik Konseyindən Aaron Şteyn Ankaranın İraqdakı varlığının İranın Bağdad və Diyalada artan nüfuzunun qarşısını kəsə biləcəyini deyib. Türkiyənin İraqda nüfuzunu genişləndirmək üçün Kürdüstan Demokratik Partiyası ilə əməkdaşlıq etməyə çalışdığını deyən Şteyn "Türkiyənin davranışları onun Mosul İŞİD-dən təmizləndikdən sonra bölgədə əsas aktor olmaq niyyətindən xəbər verir” – deyə bildirib.