Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xocalı faciəsi - Qarabağın qanlı səhifəsi
Tarix: 26.02.2016 / 01:31
Bölmə: Gündəm
Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 150 milyondan artıq insan müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Elə yaşadığımız üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib.
Amma bütün müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir.Lakin bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın yerləşdiyi geopolitik məkan və onun Qafqaz regionunda oynadığı rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini üzə çıxarmağa kömək edir.
Bütövlükdə Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyinin güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir.Tarixdən yaxşı məlumdur ki, Qafqazda dövlətçilik ənənələrinin formalaşmağa başladığı zamandan etibarən ən güclü və ən böyük dövlətlər məhz Azərbaycan dövlətçiliyinin tarixində yer almış Atabəylər, Şirvanşahlar, Səfəvilər kimi qüdrətli dövlətlər olmuşdur.
Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin (1501-1736) mövcudluğu dövründə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində daralmağa başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun imperiya tərəfindən işğalına səbəb oldu. Həmin dövrdə həm Qarabağ xanlığı, həm də İrəvan xanlığı, demək olar ki, 100 faiz azərbaycanlılardan ibarət idi. 1813 və 1828-ci illərdə İranla Rusiya arasında bağlanmış "Gülüstan" və "Türkmənçay" sülh müqavilələrinə əsasən Azərbaycan iki hissəyə bölündü. Cənubda 65 faizi İrana, şimalda - Qafqazda yerləşən 35 faizi isə Rus imperiyasına birləşdirildi. Rus imperiyası Qafqazı işğal etdikdən sonra bu regionda möhkəmlənmək üçün yerli demoqrafik vəziyyəti dəyişmək qərarına gəldi. Bu məqsədlə 1825-ci ildən başlayaraq Rus çarının xüsusi fərmanı ilə İran və İraq sərhədləri boyunca məskunlaşmış və eləcə də Osmanlı ərazisində pərakəndə şəkildə məşkunlaşmış ermənilərin Qafqaza - Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Burada məskunlaşan ermənilər həmin zamandan etibarən - son 200 il ərzində imperiya siyasətinin aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirib və bu gün də separatizmi alovlandırmaqla bütövlükdə Qafqazın Rusiyanın təsiri altında qalmasına yardım edirlər.
XX əsrdə çarizm imperiyasını əvəzləyən sovet imperiyası da bu ənənəyə sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin tanınması müqabilində İrəvan xanlığı ərazisində Ermənistan dövlətinin yaradılması üçün ermənilərə 9000 kv km həcmində torpaq verilməsi Azərbaycan qarşısında şərt qoyuldu. Nə qədər çətin olsa da, Azərbaycan bu güzəştə getdi və özünün dövlət müstəqilliyinin tanınması naminə öz ərazisində ilk erməni dövlətinin qurulması üçün həmin ərazini ermənilərə verdi. Nəticədə tarixdə ilk erməni dövləti Azərbaycan ərazisində 9.000 kv.km ərazidə quruldu. Lakin nə bolşevik Rusiyası, nə də ermənilər bununla kifayətləndilər. 1920-ci illərdə bolşeviklər Azərbaycanın Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Həmin illərdə Rusiya tərəfindən silahlandırılmış ermənilər onlara verilmiş torpaqların hüdudlarından kənarda yaşayan azərbaycanlılara fasiləsiz hücumlar edir və get-gedə öz ərazilərini genişləndirirdilər. Qəddarlığı ilə rus çarizmindən heç də geri qalmayan sovet imperiyası isə soydaşlarımızın böyük bir hissəsini - yüz minlərlə Azərbaycanlını Asiya çöllərinə - Qazaxıstana sürgün etməklə erməniləşdirilən ərazilərin böyüməsini təmin edirdi.
Etnik təmizləmə prosesi sonrakı onilliklərdə də davam etdi. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən, 1948-53-cü illər ərzində 150 midən çox azərbaycanlı öz torpaqlarından deportasiya olundu. Onların Qarabağ ərazisində yerləşdirilməsinə imkan verilmədi və çoxu Kür-Araz ovalığının iqliminə uyğunlaşa bilmədiyi üçün həlak oldu. Həmin əhalinin boş qalan evlərinə isə xaricdən gələn ermənilər yerləşdirildi. Beləliklə, Ermənistan sadəcə Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirməklə kifayətlənmədi həm də bu ərazilərdə etnik təmizləmə prosesini həyata keçirdi.
Sovet dövrünün son 10 illiyində ölkədə baş verən qarışıqlıqlardan istifadə edən ermənilər yenidən Rusiyanın köməyi ilə etnik təmizləmə siyasətini davam etdirməyə başladılar. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 minə yaxın azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində azərbaycanlıların yaşadığı əraziləri tamamilə təmizlədikdən sonra daha da həvəslənən ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar. Azərbaycan vətəndaşları bu tələbə qarşı paytaxt Bakıda etiraz nümayişləri keçirməyə başladılar.
1990-cı ilin 20 Yanvarında Sovet ittifaqının sonuncu rəhbəri Mixail Qorbaçov ermənilərin etnik təmizləmə siyasətinə qarşı Bakıda təşkil olunmuş dinc nümayişin iştirakçılarını gülləbaran etmək haqqında əmr verdi. Nəticədə 146 nəfər dinc nümayişçi rus hərbçiləri tərəfindən qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. 200-dən çox ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, digər dövlət əmlakı və vətəndaşlara məxsus şəxsi əmlaklar məhv edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri də vardı. Bu hadisənin nəticəsi olaraq azərbaycanlılar Sovet İttifaqından çıxmaq tələbini irəli sürdülər və 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdi. Bununla da 70 illik sovet əsarətinə son qoyuldu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal Avropa ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Qafqazda ən böyük iqtisadiyyata malik olan Azərbaycanın öz müstəqilliyini elan etməsi və Avropaya meyllənməsi əslində Rusiya üçün bütün Qafqazın itirilməsi demək idi.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Əsir və itkinlər haqqında bu günə qədər heç bir məlumat almaq mümkün olmamışdır. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Bu soyqırım aktı təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.
Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti olduğunu göstərir. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi.
Əslində, Xocalı qətliamı ondan bir il əvvəl Sovet imperiyası tərəfindən Azərbaycanın paytaxtı Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası bir il sonra Xocalı qətliamının törədilməsinə və bütövlükdə Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi - siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi.
Hazırda da erməni terrorizmi, Rusiyanın dəstəyi ilə ermənilərin Qafqazda həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbəyi kimi çıxış edir. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də deyil. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onun "vassalı" və "forpostu" rolunda çıxış etməsi bunu bir daha sübut edir.
Vaxtilə, əhalisinin əhəmiyyətli hissəsi Azərbaycanlılardan və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət kritik həddə çatıb. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından didərgin salınmış və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir. Ölkə iqtisadi tənəzzül içərisində boğulur. Sadə ermənilər Ermənistanı tərk edərək minimum həyat şəraitinə nail olmaq üçün bütün dünyaya axışırlar.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç-bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqındaəsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Bu günə kimi Xocalı faciəsinin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri və ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırım aktı kimi tanınması "Xocalıya ədalət" kampaniyasının böyük uğurudur. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqlar üzərində öz suverenliyini bütün qanuni vasitələrlə bərpa etməkdə israrlıdır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək hüququmuz dayanır. Lakin təəssüflər olsun ki, bu gün Qarabağ münaqişəsinə münasibət də beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, müasir dünya siyasətində hələ də qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.
Lakin Azərbaycan beynəlxalq hüquq prinsipləri çərçivəsində Qarabağ probleminin həll olunması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması məqsədlərində israrlıdır. Bu yolda Azərbaycan dövlətinin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın erməni işğalından azad ediləcəyinə böyük inam yaradır. Ədalətin bərpa olunması, ölkənin 20 faizə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün Azərbaycan dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların - BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyir.
Cavanşir Feyziyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...
03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı
03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb...
"cənab Veto"
03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...
03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...
03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...
03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...
03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək
- TAM SİYAHI
03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi
- SİYAHI
03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi
03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...
03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa
- Mübariz Ağalarlı yazır
03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...
03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil"
– Mətbuat Şurasının sədri
03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...
03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ