NATO Avropa Müttəfiq Qoşunlarının komandanı, general Bredlov ABŞ Təmsilçilər Məclisində çıxış edərkən Rusiyanın ünvanına təhdidlər səsləndirib.
Baki-xeber.com-un xəbərinə görə, general NATO-nun Rusiya ilə savaşa hazır olduğuğunu və lazım gələrsə, savaşıb qalib gələcəyini bildirib. Rusiyanın ABŞ və NATO-ya düşmən mövqedə durmağı seçdiyini deyən Bredlov bildirib ki, "Bu səbəbdən Rusiya ABŞ və onun Avropadakı müttəfiqlərinə təhdid yaradır”. Bredlovun sözlərinə görə, qlobal miqyasda qəbul olunmuş qanunları "yenidən yazmağa” çalışan Rusiya "tampon bölgə” qurmaq üçün qonşu ölkələr üzərindəki nüfuzundan yararlanmağı düşünür. Generalın fikrincə, bununla da Rusiya Transatlantik birliyi hədə qarşısında qoyur.
Məsələ burasındadır ki, Bredlovun ötən ayın sonunda hazırladığı strateji mətndə Rusiya regionda başlıca təhdid mənbəyi kimi göstərilir. Bu kontekstdə isə Rusiyanın Avropadakı qonşularına sayğısızlığı, Arktikada əsgəri gücünü artırması və Suriyadakı hərbi fəaliyyəti önə çəkilir. Strateji mətndə "Rusiya bir çox bölgələrdə müttəfiqlərimizə və ortaqlarımıza meydan oxuyur. Bu isə qlobal problem olduğundan qlobal həll variantı tələb edir” – deyə bildirilir.