Suriya-Türkiyə sərhədini keçərkən yaxalanan snayper-terroristlər PKK və PYD terrorçu qrupları arasındakı əlaqələrdən danışıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, terrorçulardan biri Məsud C. İstintaqa açıqlamasında bildirib ki, PKK-ya 2005-ci ildə qoşulub. Əvvəlcə o, İranda, daha sonra İraqın Hakurk, Metin və Qare düşərgələrində olub. 2003-cü ildə Qəndildə snayper kursu keçdikdən sonra Kobaniyə göndərilib və qarşıdurmalarda iştirak edib. Daha sonra onu PYD rəhbərliyinin qərarı ilə PKK terrorçularına dəstək məqsədilə Türkiyənin Diyarbəkir əyalətinin Sur bölgəsinə təhkim ediblər.
Daha çox "Tirej” kod adı ilə tanınan Abdurrahman adlı digər terrorist isə terror təşkilatına 2014-cü ildə qoşulub. Elə həmin ildə də snayper kursu keçmək üçün Qəndilə göndərilib. Bundan sonra o da digər "həmkarı” kimi Kobanidə döyüşlərdə iştirak edib. Terrorçu onu da deyib ki, təşkilat üzvləri "cəsarət üçün” xüsusi dərmandan və narkotikdən istifadə edirlər. Onun sözlərinə görə, PKK YPG-yə Türkiyənin Nisaybun və Sur bölgələrinə snayperlər göndərmək üçün müraciət edib.