Türkiyənin Asiya hissəsində təbii qaz ehtiyatları aşkarlanıb.
Baki-xeber.com-un RİA”Novosti” saytına istinadən xəbərinə görə, bu barədə özəl geoloji şirkət xəbər verib. Xəbərdə bildirilir ki, təbii qaz Sakarya əyalətinin 3 rayonunda 400-450 metr dərinlikdə aşkarlanıb. Kompaniyada bildiriblər ki, hazırda təhlükəsizlik səbəbilə qazma işlərinə ara verilib. Lakin yaxın günlərdə Türkiyə dövlətinin bununla bağlı rəsmi açıqlama yayacağı gözlənir.