"İki ölkə arasında yaxın dostluq əlaqələrini nəzərə alaraq düşünürəm ki, İran prezidenti bu il ərzində Azərbaycana səfər edə bilər". APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında bildirib.