Bazar günü günü, 26 iyul 2026
     

Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.

Görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev dedi:

- İlk növbədə, sizi ürəkdən təbrik edirəm, doğma Qarabağ torpağına qayıtmısınız. Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik.

Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatanda hələ ki, biz bu bölgəyə nəzarət etmirdik. Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq.

Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu.

Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın. Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz. Mən sizi təbrik edirəm, sizə xoşbəxt həyat arzulayıram və biz burada əbədi yaşayacağıq.

Sakin: Hörmətli cənab Prezident, xocalılılar adından, keçmiş məcburi köçkünlər adından Sizi salamlayıram, “Xoş gəlmisiniz!” deyirəm. Biz Sizin dediyiniz kimi, uzun müddət ağır şəraitdə yaşamışıq. İndi Sizin başçılığınızla, Sizin qayğınızla gözəl evlərdə məskunlaşmışıq, yaşayırıq, buranın gözəl təbiəti var. Mənim ağlıma belə bir beyt gəldi:

“Yaxşı ki, dünyada yaxşılar varmış,

Yoxsa qərq olardıq yaman əlində”.

Sağ olun, Siz dünyanın ən yaxşı Prezidentisiniz.

Digər kişi sakin: Hörmətli cənab Prezident, xoş gəlmisiniz. Mən də millətimiz adından, camaatımız adından Sizə “Xoş gəlmisiniz!” deyirik. Bu, Sizin daxili və xarici siyasətin bəhrəsidir ki, biz bu gün öz torpağımıza qayıtmışıq. Balaca bir ölkə Sizin siyasətiniz nəticəsində hegemon dövlətlərlə yanaşı gedir. Siz Amerika kimi, Çin kimi ölkələrlə bir yerdəsiniz, onların başçıları ilə bir yerdə oturub-durursunuz. Onların başçıları Sizin siyasətinizi bəyəndikləri üçün o sıralarda gedirsiniz. Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Gələcəkdə bundan da böyük nailiyyətlər arzu edirəm.

Qadın sakin: Möhtərəm cənab Prezident, bu gün mən qürur hissi duyuram. Bir şəhid nəvəsi olaraq, şəhid gəlini olaraq, veteran bacısı olaraq Sizin qarşınızda baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Siz Zəfər dastanını qızıl hərflərlə yazan böyük Liderimizsiniz. Dünyada tayı-bərabəri olan belə bir Müzəffər Ali Baş Komandan yoxdur.

Prezident İlham Əliyev: Sağ ol, qızım.

Qadın sakin: Bu Qələbənizlə dünya səviyyəsində bütün ilklərə imza atdınız. Allah-taala Sizə cansağlığı versin. Ulu Öndər Heydər Əliyev irsini davam etdirdiyinizə, ata vəsiyyətini layiqincə yerinə yetirdiyinizə görə Sizinlə fəxr edirik.

Kişi sakin: Cənab Prezident, biz hamımız bu gün çox sevinirik. Bu gün ata-babalarımızın, Ulu Öndərimizin ruhu şaddır. Həqiqətən də bu gün sevincimizin həddi-hüdudu yoxdur. Öz doğma torpaqlarımızdayıq. Buna görə də hər birimiz Sizə minnətdarıq, öz dərin hörmətimizi bildiririk.

Şair deyir:

Bütün dünya-aləm bunu bilirdi,

Bizim idi, bizim oldu Qarabağ.

Dost kövrəlib, düşmən bizə gülürdü,

Şükür Allaha, sona yetdi bu sınaq,

Bizim idi, bizim oldu Qarabağ.

Kamil oğlu, belə qeyrətli hanı?

44 günə şoka saldı dünyanı,

“Dəmir yumruq”la aldı Şuşanı,

Şuşamızda dalğalanır al bayraq,

Bizim idi, bizim oldu Qarabağ.

Digər kişi sakin: Cənab Ali Baş Komandan, Vətən müharibəsi iştirakçısı kiçik çavuş Quliyev, sağ ol.

Qadın sakin: Qardaşımdır.

Kişi sakin: Fəxr edirik Sizinlə, bəli, Sizinlə fəxr edirik.

Digər kişi sakin: Ali Baş Komandan, ehtiyatda olan zabit, baş leytenant Alıyev. Müharibə əlili, birinci qrup.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsində vuruşmusan?

Kişi sakin: Bəli, ön cəbhədə xidmət etmişəm.

Prezident İlham Əliyev: Sağ olun.

Digər kişi sakin: Sizinlə fəxr edirik. Həyat yoldaşımdır, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Təbriklər.

Qadın sakin: Sizinlə fəxr edirik. Allah bu günü bizə qismət etdi, həm vətənimizi, həm də Sizinlə görüşməyimizi.

Sakinlər: Çox şadıq. Hamı şaddır. Bu sevinci bizə bəxş etdiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Hər iki valideynim, hər iki qardaşım burada şəhid olub.

Prezident İlham Əliyev: Onların qanı yerdə qalmadı.

Sakinlər: Qalmadı, qalmadı, alındı. Çox sağ olun, təşəkkür edirəm. Cənab Prezident, qarşınızda baş əyirik, Sizin sayənizdə bu gün biz bu torpaqlara gəldik.

Prezident İlham Əliyev: Sağ olun.

Digər qadın sakin: Cənab Prezident, xoş gəlmisiniz. Sizin siyasətiniz sayəsində artıq biz bu torpaqlardayıq. Atalarımızın, babalarımızın bizə nağıl kimi təsvir etdiyi bu torpaqları bizə realda yaşatdığınıza görə Sizə təşəkkür edirik, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun bir daha.

Qadın sakin: Mən bütün xalqımızı təbrik edirəm ki, Sizin kimi Prezidentimiz var.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Kişi sakin: Allah “dəmir yumruğ”unuzu həmişə güclü eləsin.

Prezident İlham Əliyev: Əgər lazım olsa, yerindədir, yerində.

Kişi sakin: Qoy yerində olsun ki, yenə lazım olsa, vaxtında ensin.

Qadın sakin: Allah Sizi Azərbaycanın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Özün yazmısan bu şeiri?

Kişi sakin: Cənab Prezident, Sizinlə qürur duyuruq.

Digər kişi sakin: Özü yazmasa da, gözəl şeirdir, çox gözəldir.

Prezident İlham Əliyev: Gözəl şeirdir. Sağ olun bir daha.

Kişi sakin: Cənab Prezident, çox sağ olun, çox səmimisiniz, təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun, burada, doğma Qarabağ torpağında xoşbəxt yaşayın.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Allah Sizə dəyməsin, Allah razı olsun.

Tələbə qız: Salam. Mən Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinin ikinci kurs tələbəsiyəm. Burada təkcə Xocalı sakini kimi yox, həm də şəhid bacısı kimi iştirak edirəm. Qardaşım Sərvan Mehralıyev Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Tələbə qız: Sizin dəstəyinizi nəinki bir şəhid bacısı, həm bir tələbə, həm də bir keçmiş məcburi köçkün kimi daim hiss etmişəm və buna görə də böyük minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol. Burada, Xankəndidə həyatın necə keçir, yaxşıdır?

Tələbə qız: Bəli, əla. Hamı razıdır, hamının ürəyincədir.

Prezident İlham Əliyev: Çox gözəl. Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni, bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr şəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağ olun.

Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun. Çox sağ olun, cənab Prezident. Xoş gəlmisiniz Qarabağımıza. Allah Sizi ailənizin, bu millətin başı üstündən əskik etməsin. Yumruğunuz da Azərbaycana tərs baxanın başına dəysin. Çox xoşbəxtik, Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, sizə cansağlığı, xoşbəxtlik.

Kişi sakin: Bu gün bizimlə burada olmağınız bizim üçün şərəfdir. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin şəkil çəkdirək.

Sonra birgə şəkil çəkdirildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

26.07.2026 / 15:12
ÖZÜNƏMƏXSUSLUQ

26.07.2026 / 15:00
Rumıniyanın hava məkanını pozan daha bir Rusiya PUA-sı vuruldu - üç gündə üç dron...

26.07.2026 / 14:29
ABŞ raket çatışmazlığı təhlükəsi ilə üzləşdi - İrana qarşı hücumlar dayandırılır...

26.07.2026 / 14:10
Ermənistanın pendir ixracı da təhlükə ilə üzləşdi - Rusiya idxalı dayandırsa ölkə gəlirlərin 80 fazini itirəcək...

26.07.2026 / 13:44
İran Hörmüzdən keçməyə çalışan altı gəmiyə atəş açdı...

26.07.2026 / 12:49
İran 200-dən çox Amerika əsgərinin öldürüldüyünü iddia etdi...

26.07.2026 / 12:24
Ukraynanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı...

26.07.2026 / 11:50
Ermənistan güləşçiləri dünya çempionatında iştirak etmək üçün Bakıya gəldi

26.07.2026 / 11:17
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik etdi

26.07.2026 / 10:32
Ukrayna Xəzərdə İranın ticarət gəmisini vurdu – ölən və yaralanan var...

26.07.2026 / 09:11
Xəzər dənizində zəlzələ olub

25.07.2026 / 23:11
İran ABŞ-ın 11 qırıcısını və 17 PUA-sını vurdu – SEPAH-dan iddia…

25.07.2026 / 22:46
ABŞ-ın İrana dünənki hücumları niyə təxirə salındı? - Trampdan orduya yeni əmr gəldi…

25.07.2026 / 22:17
Keçmiş İran səfiri: "ABŞ İrana qarşı quru hücumuna hazırlaşır"

25.07.2026 / 20:21
Tokayev Rusiya-Ukrayna müharibəsini Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə etdi...

25.07.2026 / 19:25
ABŞ İrana qarşı yerüstü əməliyyata başlayır? - İranlılar silahlanaraq sahilə axın edirlər... - VİDEO

25.07.2026 / 18:10
Gürcüstanda enerji böhranı – təxribat, ya...? - DTX hərəkətə keçdi...

25.07.2026 / 17:57
Ukrayna Xəzərdə İrana hərbi yük daşıyan Rusiya gəmilərini vurdu...

25.07.2026 / 17:35
Belarusun Brest şəhəri ilə Naxçıvan şəhəri qardaşlaşır...

25.07.2026 / 17:20
Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir

25.07.2026 / 17:05
Gürcüstanda enerji böhranı - Bakı-Tbilisi qatarı da yolda qaldı...

25.07.2026 / 16:48
Husilər Aramco şirkətini vurdu - Səudiyyənin iki şəhərinə uçuşlar dayandırıldı...

25.07.2026 / 16:34
DİN anası tərəfindən zəncirləndiyi deyilən uşaqla bağlı araşdırmalara başladı...

25.07.2026 / 16:21
Rusiyadan Azərbaycana onlayn pul köçürmələri dayandırıldı...

25.07.2026 / 16:07
Ukrayna Tümendə neft zavodunu vurdu - güclü yanğın başladı... - VİDEO

25.07.2026 / 15:54
Husilər Səudiyyəni təhdid etdi – bunu cavabsız qoymayacağıq...

25.07.2026 / 15:41
ABŞ-dan sonra daha iki Körfəz ölkəsi İrana hücum etdi – ŞOK İDDİA...

25.07.2026 / 15:16
Siz deməyin 50 min il əvvəl ermənilərin babaları Ermənistan yaylasında daş alətlər düzəldirmişlər...

25.07.2026 / 15:00
Tramp ABŞ konstitusiyasını heçə saydı - yenidən prezidentliyə namizəd olacağam...

25.07.2026 / 14:48
70 illik ömür yolu – Fazil Şükürov...

25.07.2026 / 14:36
Gədəbəydə avtoxuliqanlıq edən sürücülər saxlandı

25.07.2026 / 14:27
HƏSƏN BƏY ZƏRDABİNİ ANARKƏN

25.07.2026 / 14:05
Prezident İlham Əliyev Milix Yevdayevi təltif etdi

25.07.2026 / 13:50
Ukraynada “uşaq böhranı” getdikcə dəhşətli şəkil alır...

25.07.2026 / 13:34
Əsrin boşanması – milyarder həyat yoldaşına 644 milyon dollar təzminat ödəyəcək...

25.07.2026 / 12:57
Polis Şüvəlanda əməliyyat keçirdi, çətənə yetişdirən şəxs saxlandı

25.07.2026 / 12:40
TÜRKPA ABŞ Nümayəndələr Palatasının qanun layihəsini pislədi...

25.07.2026 / 11:25
DİN bir gündə 45 kq-dan çox narkotik ələ keçirdi

25.07.2026 / 11:06
Narkoman və “alkaş” Səudiyyə şahzadəsinin London otelində ölümünü 6 ay gizlədiblər...

25.07.2026 / 09:27
Rus qazından imtina edən Avropa ABŞ-dan asılı vəziyyətə düşür...

24.07.2026 / 22:17
Yaxın Şərqdə ABŞ-ın mühüm kəşfiyyat bazaları ifşa olundu - Rusiya məlumatlar sızdırdı...

24.07.2026 / 21:55
Rusiyaya qarşı ABŞ-ın “rüsum müharibəsi” başladı - Azərbaycan problemdən yan keçdi...

24.07.2026 / 21:39
Özgür Özəl 91 deputatla CHP-dən çıxdı - Kılıcdaroğlunun “mutlak butlan” planı iflas etdi(?)...

24.07.2026 / 21:25
ABŞ-İran müharibəsinə bölgənin bu dövlətləri də qoşula bilər...

24.07.2026 / 21:10
Kaliforniya erməniləri Trampçıların dəstəyilə Konqresdə Azərbaycana qarşı daha bir qətnamə çıxardılar...

24.07.2026 / 20:57
Senat İrana qarşı quru əməliyyatlara yaşıl işıq yandırdı... Tramp bölgəyə çoxli tibb işçisi gətirir...

24.07.2026 / 20:45
Marşal Fondu Azərbaycanın Orta Dəhlizinə yeni status verdi...

24.07.2026 / 20:31
ABŞ İranın ən böyük sahibkarlarından birinin "şəbəkəsinə" sanksiyalar tətbiq etdi

24.07.2026 / 20:27
Bakı Qızlar Universiteti bağlanır? - Universitet açıqlama yaydı...

24.07.2026 / 20:23
Yunanıstan “Axilles Qalxanı”na üz tutur

24.07.2026 / 20:16
Meşə yanğınları Fransada 60 min insanın qaçqın düşməsinə səbəb oldu

24.07.2026 / 19:53
Səhiyyə və təhsilə bu qədər vəsait qoyuruq, Dünya Bankı bizi niyə ermənilərdən və gürcülərdən “aşağı tutdu”...

24.07.2026 / 19:40
ABŞ-dan Ukraynaya kömür daşıyan gəmi Rumıniya sahillərində vuruldu...

24.07.2026 / 19:35
Gürcüstanın Kulevi Neft Emalı Zavodu da Rusiyanın “oduna yandı”…

24.07.2026 / 19:31
Ermənilərin məhkəməsində prokurorların çıxışı davam edir - FOTO

24.07.2026 / 19:22
Lavrov Moskvanın “istənilən halda” Ukraynada məqsədinə çatacağından əmindir…

24.07.2026 / 19:07
49 mindən çox içkinin tarixini dəyişib təkrar satışa çıxaracaqdılar - AQTA vaxtında yetişdi...

24.07.2026 / 18:52
AB Rusiyaya görə Gürcüstanın yeganə neft zavoduna da sanksiya tətbiq etdi...

24.07.2026 / 18:34
Tramp İranda sonu görünməyən müharibə risqi ilə üzləşir – Ağ Ev müşavirləri narahatdır...

24.07.2026 / 18:03
Tramp ABŞ-ın 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq etdi - bu, ədalətsizlikdir...

24.07.2026 / 17:47
İran Bəhreyndə “Amazon” məlumat mərkəzini vurdu...

24.07.2026 / 17:31
ABŞ da, İran da quru əməliyyatlara hazırlaşır... "200 əsgər İran əsirliyində..."

24.07.2026 / 17:16
Paşinyan siyasi rəqiblərini sahədə bir-bir dənləyir...

24.07.2026 / 17:08
Ermənipərəst rüşvətxor Menendes getdi, indi də onun davamçısı konqresmen Şerman iş başında - Milli Məclisdən ABŞ Konqresinə etiraz...

24.07.2026 / 16:55
Rusiyanın neft emalı zavodlarına zərbələr ABŞ və Avropaya da təsir etməyə başlayıb...

24.07.2026 / 16:31
“Dollar iynəsindən” xilas olan Rusiya bu dəfə "yuan qarmağına" keçdi

24.07.2026 / 15:53
Paşinyan katolikos Qaregini parlamentə buraxmadı...

24.07.2026 / 15:49
Ermənistanda "fermer inqilabı" gözlənilir...

24.07.2026 / 15:42
Tramp Səudiyyə ilə nüvə sazişini "İsraili tanımaq" tələbindən azad etdi...

24.07.2026 / 15:28
Rusiyanın sıxılmış qazı Afinanın sayəsində 21-ci sanksiyadan yaxasını hələlik qurtardı...

24.07.2026 / 15:13
"Moskva Krımın üzərindən keçəcək" - Zelenskinin yeni planları...

24.07.2026 / 15:02
Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

24.07.2026 / 14:41
Rusiya rəhbərliyindəki korrupsiyaya aid inanılmaz fakt: Dünyanın ilk kosmanavtının paltarının ABŞ-a satılması...

24.07.2026 / 14:10
Ukrayna Rusiyanın daha iki bölgəsində “Wildberries”in anbarlarını bombaladı...

24.07.2026 / 13:52
Rəşad Aslanov Azərbaycanın Türkiyədə səfiri təyin olundu...

24.07.2026 / 13:50
İtaliyadakı səfirimiz geri çağırıldı

24.07.2026 / 13:48
Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi

24.07.2026 / 13:46
Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

24.07.2026 / 13:37
CHP-də ŞOK PARÇALANMA... Özgür Özel 91 deputatla yeni partiya qurur - parlamentdə çoxluğu da ələ keçirdilər...

24.07.2026 / 13:35
Yaxın Şərqdən neftin ixrac marşrutları bir-bir sıradan çıxarılır - dünya fəlakət astanasında...

24.07.2026 / 13:15
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatdı

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ