Bazar günü günü, 20 sentyabr 2026
     

Rusiyaya qarşı ABŞ-ın “rüsum müharibəsi” başladı - Azərbaycan problemdən yan keçdi...

Image


Sultan Zahidov: “Burada ABŞ Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi də böyük əhəmiyyət kəsb etməkdədir”

ABŞ Rusiyadan gələn mallara tariflər tətbiq edir. ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin bu ilin əvvəlində ən sərt tariflərini blokladıqdan sonra xarici mallara rüsum tətbiq etməyin başqa yollarını tapacağına söz verdi. Bu günlərdə Tramp administrasiyası bir həll yolu tapdı.

ABŞ Ticarət Nümayəndəsi Ofisinin açıqlamasına görə, cümə günü (24 iyul) saat 00:01-dən etibarən Amerikanın onlarla ticarət tərəfdaşı, Avropadan Çinə və Hindistana qədər, ABŞ-a göndərilən mallara 10%-dən 12,5%-ə qədər yeni tariflərlə qarşılaşacaq. Təsirə məruz qalan 60 ticarət tərəfdaşının malları ABŞ idxalının 99,4%-ni təşkil edir. Rusiya yeni tarifin hədəf aldığı ölkələr arasındadır.

Bəyanatda deyilir: "Bu iqtisadiyyatların hər birinin hərəkətləri, siyasəti və təcrübələri əsassızdır və ABŞ ticarətinə mane olur və ya məhdudlaşdırır".

Tariflərin digər iddia edilən əsaslandırılması məcburi əməyin istifadəsi idi.

Neft və qaz da daxil olmaqla bir sıra idxal mallarına, eləcə də daxili bazarda satın alınmayan məhsullara istisnalar tətbiq edildi.

Argentina, Banqladeş, Kamboca, Kanada, Ekvador, El Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Birləşmiş Krallıq və Trinidad və Tobaqodan olan mallara 10 faizlik tarif tətbiq edildi.

Avropa Birliyi, Yaponiya, Koreya, İsveçrə və Tayvandan olan mallar üçün tariflər onların müvafiq qarşılıqlı ticarət müqavilələrinə və ya oxşar tənzimləmələrə uyğun olacaq.

Yeni rüsumlar 24 fevral 2026-cı ildə tətbiq edilən ABŞ idxalına müvəqqəti qlobal tarifləri 150 gün müddətinə əvəz edəcək. Gömrük rüsumları qüvvəyə mindikdə tranzit mallar üçün onların tətbiqi 28 iyula qədər təxirə salınır.

Qeyd edək ki, ABŞ-ın Rusiyadan gələn mallara tariflər tətbiq etdiyi 60 ölkənin sırasında Azərbaycan yoxdur. Yəni Trampın bu qərarı ölkəmizə aid deyil.

Rusiyaya qarşı Trampın rüsum müharibəsi başladı. Siyahıda Azərbaycan yoxdur. Bu nəyin sayəsində mümkün olub?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin eksperti Sultan Zahidov baki-xeber.com-a bildirdi ki, iyulun

24-dən etibarən ABŞ 60 tərəfdaş ölkəyə yeni tarif rüsumları tətbiq etdi. “Bilirsiniz ki, fevral ayında Donald Tramp tarif rüsumlarını xeyli artırmaq barədə qərar imzalamışdı və bu qərar daha sonra məhkəmə tərəfindən ləğv edildi. Həmin gömrük rüsumları müvəqqəti olaraq qüvvədə idi və indi Tramp bu mexanizmdən yan keçmək üçün yeni gömrük rüsumları tətbiq etdi ki, burada da 60 ölkənin adını görürük. Biz siyahıya baxsaq görürük ki, burada həm də ABŞ-ın yaxın münasibətləri olan tərəfdaş dövlətlər var. O cümlədən Səudiyyə Ərəbistan, Yaponiya, Kanada, Avropa Birliyi bu siyahıda yer alıb.

Avropa Birliyinə üzv olan dövlətlər bu siyahıda yer almaqdadır. Eyni zamanda Rusiyanın adı da siyahıda var. Rusiyaya qarşı 12,5 faizlik gömrük rüsumları tətbiq olunacaqdır ki, bu da əslində Donald Trampın xarici iqtisadi siyasətində bir yenilik deyildir. Hələ o, prezidentliydən əvvəl də qeyd edirdi ki, ABŞ bundan sonra proteksiyanist siyasət yürüdəcək. Daha çox istehsalı öz daxilinə gətirməyə çalışacaq ki, bunun da yolu digər ölkələrdən idxal olunan məhsullara gömrük rüsumları tətbiq etməkdir. Hətta bilirsiniz ki, Donald Trampın ilk prezidentlik dönəmində Çinlə ticarət savaşları var idi. Daha sonra ikinci prezidentlik dönəmində də Avropa İttifaqı ilə ticarət-gömrük savaşları bu günə qədər davam etməkdədir. Bu Donald Trampın xarici iqtisadi siyasətinin spesifik cəhətlərindən biridir, Donald Tramp çalışır ki, yerli sənayenin inkişafına məhz proteksionizm, yəni gömrük rüsumlarının tətbiqi yolu ilə nail olsun. Çünki son illərdə ümumiyyətlə ABŞ iqtisadiyyatı ABŞ-dan kənara daha çox transfer olunurdu. Böyük şirkətlər öz sənayesini ölkə xaricinə çıxarırdılar, istehsal ölkə xaricində gedirdi. Bu da istər-istəməz ABŞ daxilində həm işsizliyin artmasına, eyni zamanda da yerli məhsullara olan təlabatın azalmasına, yerli məhsulların rəqabətə davamlılığının azalmasına gətirib çıxarırdı. Bunun qarşısını almaq üçün də Donald Tramp tarif siyasətini ən uyğun mexanizm kimi görməkdə idi. Mən bunu sırf Rusiyaya qarşı bir müharibə kimi qələmə verməzdim. Çünki orada 60 ölkənin adı var. Rusiyadan başqa orada ABŞ-ın yaxın tərəfdaş ölkələri də var. Yəni Braziliya, Meksika, Kanada, Yaponiya, Avropa İttifaqı dövlətləri, Tayvan və s. Azərbaycan məsələsinə gəldikdə isə bilirsiniz ki, ötən il Donald Tramp bir siyahı təqdim etmişdi və orada Azərbaycan var idi. Azərbaycana qarşı 10 faizlik gömrük rüsumu tətbiq olundu. Amma bu dəfəki siyahıda Azərbaycan yoxdur. Sözsüz ki, burada ABŞ Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi də böyük əhəmiyyət kəsb etməkdədir. Bilirsiniz ki, Donald Trampın hakimiyyət dönəmində iki ölkə arasındakı əlaqələrdə yeni bir səhifə açıldı. Sıx-sıx təmaslar, dövlət rəhbərləri səviyyəsində yaxın münasibətlər ABŞ-Azərbaycan münasibətlərinə bir növ təkan, stimul verdi”. S.Zahidov vurğuladı ki, xüsusilə də ötən ilin avqustunda imzalanan Vaşinqton Bəyannaməsi və ondan sonra Prezident İlham Əliyevlə Donald Trampın sıx-sıx görüşlərinin baş verməsi istər Davosda, istər daha sonra Vaşinqtonda Sülh Şurasının yaradılması mərasimində, daha sonra Ceyms Devid Vensin Bakıya səfəri və bu zaman iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası olsun, bütün bunlar Azərbaycan ABŞ əlaqələrinin ən yüksək səviyyədə olduğuna dəlalət edir. “Eyni zamanda iki ölkə rəhbərliyi arasında qarşılıqlı etimadın olduğuna dəlalət edir ki, bu da böyük ehtimalla Donald Trampın gömrük siyasətində də özünü göstərməkdədir. Buradaki siyahıda biz Azərbaycanın adını görmürük. Sözsüz ki, Azərbaycan ABŞ əlaqələri bundan sonra daha da inkişaf edəcək. ABŞ-ın TRİPP dəhlizində birbaşa iştirakı və eyni zamanda Azərbaycanın regionun strateji önəmli aktoru kimi qəbul edilməsi münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini göstərir. ABŞ regionda həm enerji bazarında, eyni zamanda Orta Dəhlizin inkişafında maraqlıdır. Azərbaycan da öz növbəsində ABŞ-la texnologiyalar, investisiya, innovasiyalar, süni intellekt və hərbi sahədə əməkdaşlığın inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan, qarşılıqlı maraqlar əsasında ölkələr arası münasibətlərin inkişafını bundan sonra da izləməyə davam edə bilərik”-deyə S.Zahidov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ