İspaniya hökuməti cümə günü, 24 iyulda meşə yanğınları Madrid yaxınlığındakı icmalardan təxminən 20.000 insanın təxliyə edilməsinə səbəb olduqdan sonra fövqəladə vəziyyət elan edib. AFP-nin məlumatına görə, Fransanın cənubunda 60.000-dən çox sakin iki böyük yanğından qaçmaq üçün evlərini tərk edib.
"Biz təkcə İspaniyanın bir neçə bölgəsində deyil, həm də qonşu ölkələrdə kritik vəziyyət yaşayırıq. Mən yanğından təsirlənən və evlərini tərk etməyə məcbur olan bütün insanlarla həmrəyliyimi bildirirəm", - deyə İspaniyanın Baş naziri Pedro Sançes yazıb.
Son günlərdə ölkə daxilində bir neçə böyük meşə yanğını baş verib, o cümlədən Madridin qərbində biri. Paytaxt bölgəsində artıq təxminən 19.000 insan evlərini tərk etmək məcburiyyətində qalıb və təxminən 125.000 hektar bitki örtüyü məhv olub. Hakimiyyət orqanları hələlik Madrid yaxınlığındakı yanğınların səbəbini müəyyən etməyib.
"Ölkədə, xüsusən də Jironde departamentində baş verən yanğınlar səbəbindən vəziyyət son dərəcə gərgin olaraq qalır", Makron ən pis yanğınların tüğyan etdiyi Bordo yaxınlığındakı bölgəyə istinadən yazıb. Oradan təxminən 20.000 insan təxliyə edilib. Fransadakı digər böyük yanğınlar Marsel yaxınlığında və Atlantik sahillərində baş verir.
SAMİRƏ