Rumıniya Prezidenti Nikusor Dan ölkə ərazisi üzərində daha bir pilotsuz təyyarənin Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Bu son üç gündə baş verən üçüncü belə hadisədir.
Rumıniya prezidenti bildirib ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmaya əsasən, 24 iyul səhəri vurulan pilotsuz təyyarə Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə istifadə etdiyi "Şahed" tipli PUA-dır.
Şənbə və bazar günləri vurulan dronlarla bağlı isə araşdırmalar davam edir. Dan bildirib ki, Rumıniyanın Rusiyaya diplomatik etirazı bu araşdırmaların nəticələrinə əsaslanacaq.
"Rusiya Federasiyasının Rumıniyanın hava məkanını pozmağa davam etməsi qəbuledilməz və dözülməzdir, çünki bu məkan həm də NATO və Avropa İttifaqının hava məkanıdır. Bu cür hərəkətlər qəbuledilməzdir və biz müttəfiqlərimizlə birlikdə onlara son dərəcə ciddi yanaşırıq", - deyə o vurğulayıb.
Yürli müşahidəçilər Rumıniyada vurulan digər iki dronun da Rusiyaya aid olduğu təxmin edir.
Tahir TAĞIYEV