Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketinin tətbiqindən sonra Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə onlayn pul köçürmələrini dayandırıb.
Sistemin saytında Rusiyadan onlayn pul köçürmələri üçün yalnız üç ölkənin - Özbəkistan, Türkiyə və Qırğızıstanın adı qeyd edilib.
Qeyd edək ki, Avropa Birliyi tərəfindən “Zolotaya Korona” ödəniş sistemini idarə edən RNKO Ödəniş Mərkəzinə də sanksiyalar tətbiq edilib.
Tahir TAĞIYEV